“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Landmark“ Biznes Mərkəzi satıldı - Ofislər bağlandı

Tarix 16.04.25, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi "Landmark” Biznes Mərkəzinə məxsus 3 binası "Aqrarkredit” QSC-ə satılıb.

AzFakt.com gununsesi.info-ya istinadla xəbər verir ki, bu gün səhər binada yerləşən qurumlarda çalışan əməkdaşlar ora daxil ola bilməyib. Belə ki, onların giriş kartları deaktiv edilib. Qeyd olunur ki, "Landmark” otelinin bütün əməkdaşları kütləvi şəkildə işdən çıxarılıb.

Xatırladaq ki, binada Avropa İttifaqının Bakıdakı nümayənəliyi, Niderland, Venesuela, Litvanın səfirlikləri, həmçinin məşhur "Boston Consulting”, "Procter amd Gamble” şirkətlərinin ofisləri yerləşirdi.

"Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində "köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdüröğlu tərəfindən inşa edilib. Onun oğlu Eran Müdüroğlu bir müddət əvvəl Biznes Mərkəzini 120 milyon dollara hərraca çıxarmışdı. Amma binanın sahibləri onu hərraca çıxaran şirkətin fəaliyyətində qanunsuzluqları əsas gətirərək Ədliyyə Nazirliyindən hərrac prosesini dayandırmasını, başqa şirkətə ötürülməsini xahiş etmişdilər.

Qeyd edək ki, Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisi Nərgiz Nəsrullayevadır. O, 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. Nərgiz Eran Müdüroğlunun həyat yoldaşıdır. O, Dövlət Neft Fondu icra direktorunun müşaviri vəzifəsində çalışıb. Ötən il N.Nəsrullayeva həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.



Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap