“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Nazirə iki yeni müavin təyin olundu - Prezident sərəncamlar imzalayıb + DOSYELƏR

Tarix 17.04.25, 17:26

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Bayramov və Rəşad Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

A.Bayramov hazırkı vəzifəsinə qədər nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

AzFakt.com xəbər verir ki, A.Bayramov 1975-ci ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə orta məktəbi medalla bitirib. Həmin il Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub. Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. ATU Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb.

Açıklama yok.

2003-cü ildən etibarən Tibb üzrə fəlsəfə doktorudur (PhD).

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb.

Tibb sahəsindəki fəaliyyətini 1998-ci ildə “MediClub” klinikasında həkim olaraq davam etdirib.

Elmi dərəcə aldıqdan sonra 2003-cü ildən ATU-nun Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının assistenti vəzifəsində işləyib.

2002-ci ildə “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində işləməyə başlayıb. Həmin il şirkətin baş direktorunun müavini təyin olunub.

2004-cü ildə isə həmin şirkətin baş direktoru təyin edilib.

2009-cu ildə “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin sədri təyin edilib.

2021-ci ildə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Eyni ildən etibarən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017 illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) Prezidenti, 2017-2020 illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin Rəhbəri, 2021-ci ildən “A-Group” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü, 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Prezidenti, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş məclisin üzvü olaraq ictimai vəzifərdə çalışır.

20-dən artıq məqalə və 2 səmərələşdirici təklifin müəllifidir. Maliyyə, sığorta, tibb, səhiyyədə islahatlar sahələri üzrə çoxsaylı beynəlxalq seminar, təcrübə və proqramların iştirakçısı olmuşdur.

Açıklama yok.

Rəşad Mustafayev isə 1978-ci ildə anadan olub. 1998-ci ildə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin bakalavr, 2018-ci ildə İspaniyada Empreza Universitetinin Biznes məktəbinin MBA proqramı üzrə magistr pilləsini bitirib.

2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.

Açıklama yok.




Xəbərin oxunma sayı : 1084




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap