“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?

Tarix 18.04.25, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Quliyev Urfan İlqar oğlunun cinayət işinin təfərrüatı məlum olub. Ona iki maddə ilə bəraət verilib.

Musavat.com xəbər verir ki, Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil etməkdə ittiham edilib.

İstintaq orqanı tərəfindən aparılan yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsinin 29 milyon manatdan artıq olduğu müəyyənləşib.

U.Quliyev bu yolla 3 milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmaqda təqsirləndirilib.

O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinib.

İttihama görə, operativ vergi nəzarəti zamanı götürülmüş texniki avadanlıqlara, yaddaş qurğularına və telefonlara baxış keçirilib. Baxış zamanı keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş kompüter və telefonlarda qanunsuz olaraq qumar oyunlarının internet vasitəsi ilə təşkil edilməsi öz əksini tapıb. Belə ki, kompüterin yaddaşında qumar oyunlarının aparılmasına dair hesabat cədvəlləri, gündəlik gəlirlər, xərclər barədə qeydlər aşkar edilib.

Həmçinin bank kartına pul köçürmələri və qumar oyunlarının hesabat cədvəlləri müəyyən edilib.

Urfanın kompüter və mobil telefonlarının yaddaşına yüklənmiş “1 XBET, “bet 365”, “aysbet”, “chcblack”, “mkbbbet”, “Online Games 555”, “Qazanbet.com”, “fastloto.com”, “sportivo24.com” adlı “on-line” mərc oyunlarının linkləri aşkar edilib.

Məhkəmə Urfanın 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinin məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi qənaətinə gəlib.

Urfana 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) maddəsi ilə cəza təyin edilib. Onun barəsində 2 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə ev dustaqlığına buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxsə qeyd edilən iki maddə ilə bəraət verilməsini belə şərh edib.

Belə ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı həm dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda razılıq almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, həm də müxtəlif şəxslərin “on-line" internet üzərindən qumar oyunlarının təşkili ittihamı verilib.

Digər tərəfdən isə əldə edilən gəlirdən vergi verilməməsi ittihamı irəli sürülüb.

Bir-birinə ziddi olan iki maddə. Təşkil olunan oyunlar qanunsuzdursa, bundan necə vergi tələb etmək olar?

Göründüyü kimi istintaq orqanı bir tərəfdən qumar oyunlarını icazə verilən fəaliyyət növü kimi qiymətləndirməklə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 192-ci, digər tərəfdən isə qadağan olunmuş əməl kimi həmin Məcəllənin 244-1-ci maddəsində nəzərdə tutulmasına dair ziddiyyətli nəticəyə gəlib.

Məhkəmə toplanmış sübutların məcmusuna əsasən Urfan tərəfindən 3 milyon manat qanunsuz gəlir əldə etməklə nəticələnən qumar oyunları deyil, akkreditasiya qərarı olmadan idman mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı əməllər törətməsi qənaətinə gəlib.

Həmçinin ittihamda qeyd edilən əməllərin 2015-2021-ci il tarixlərdə törədilməsi qeyd edilib.

Məhkəmə bildirib ki, həmin dövrdə qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi cinayət hesab edilmirdi.

Urfan Quliyev isə ifadəsində “Topaz” məntəqəsi işlətdiyini, işlərinin rəsmi olduğunu deyib. O, xarici mərc saytlarından isə özünün istifadə etdiyini bildirib.



Xəbərin oxunma sayı : 1732




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap