“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Neftə tələbat son 50 ildə ən aşağı səviyyədə olub - Qlobal Enerji İcmalı açıqlandı

Tarix 26.04.25, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Enerji Agentliyi 2024-cü ilin Qlobal Enerji İcmalını açıqlayıb.

Hesabata görə, il ərzində dünyanın enerjiyə tələbi 2,2% artıb ki, bu da son 10 ilin orta illik göstəricisindən yuxarıdır. Elektrik tələbi daha yüksək sürətlə artıb - 4,3%

İqtisadçı Rövşən Ağayev bildirir ki, tələbnin daha yüksək templə artmasının səbəbi tempraturun yüksəlməsi, rəqəmsallaşma kimi amillər olub: "Artan enerji tələbinin 80%-i inkişaf etməkdə olan ölkələrin, xüsusən Çin və Hindistanın hesabına olub. Bununla belə, 2024-cü ildə Çinin ernerji tələbinin artım tempi (3%) son 10 ilin orta illik göstəricindən (4,3%) aşağı olub. İnkişaf etmiş ölkələrin enerji tələbi cəmi 1% artıb".

İqtisadçı qeyd edib ki, daha bir maraqlı məqam artan enerji tələbinin ödənmə mənbəyidir: "Ümümi tələb artımının təmin olunmasında 38%-lə ilk yerdə bərpa olunan enerji mənbələri, 28%-lə 2-ci yerdə qaz, 15%-lə 3-cü yerdə kömür, cəmi 11%-lə 4-cü yerdə neft gəlib. 

Bu rəqəmlər ənənəvi enerjiyə, xüsusən neftə tələbatına cari və yaxın perspektiv üçün vəziyyətini görmək üçün çox mühüm göstəricilərdir".

R.Ağayev vurğulayıb ki, ümumi enerji tələbinin qarşılanmasında neftin payı son 50 ildə ən aşağı göstəriciyə malik olub - təxminən 35%. "Halbuki son 10 illiklərdə ən göstərici 46% qeydə alınmışdı", - o əlavə edib.

Ekspert bildirib ki, neftə tələbat da digər enerji növlərinə nisbətən ən aşağı səviyyədə - 0,8% artıb.



Xəbərin oxunma sayı : 1216




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap