“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Pul saya bilmirəm, mühasib işləməyə savadım çatmazdı“ - Yarım milyardlıq kibercinayətkarlıqla bağlı məhkəmə

Tarix 25.04.25, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin dindirilməsi davam etdirilib.

Prosesdə ifadə verən Anar Əhmədov bildirib ki, o, "Ozan" MMC-də inzibatçı kimi çalışıb: "Ofisdə 2015-ci ildən turizm işində çalışmışam. Məni işə Fərhad Qasımov qəbul etmişdi. Rəsmi əmək müqaviləli işçi kimi 1000 manat maaş alırdım. 2023-cü ildə bizim ofisə Kibercinayətkarlıqla Mübarizə İdarəsindən gəlib axtarış apardılar. Dindirildikdən sonra sənədləri gətirdilər. Eynəyim olmadığı üçün mən də oxumadan imzaladım. Daha sonra həbs olundum. Ofisdə aşkar olunanlardan xəbərim olmayıb. Şahid Nailə Kərimova ilə aramızda pul məsələsi olduğunu deyirlər, lakin biz bir-birimizi tanımırıq".

Vəkil məhkəməyə vəsatət verərək təqsirləndirilənin ibtidai istintaqa verdiyi ifadənin sübutlar siyahısından çıxarılmasını xahiş edib. O, bildirib ki, Anar Əliyevin ifadəsi alınarkən hüquqi normalar pozulub.

Məhkəmə müşavirə əsasında qərara alıb ki, vəsatətə yekun müşavirədə münasibət bildirilsin.

Digər təqsirləndirilən Cavid Əzizov da bildirib ki, onu işə Fərhad Qasımov qəbul edib və o, həmin şirkətdə nəzarətçi vəzifəsində çalışıb.

O, ittihamda mühasib işləməsi iddiasına münasibət bildirib: "Mən heç cibimdəki pulu saya bilmirəm. Mənim ona savadım çatmazdı. İttihamı qəbul etmirəm. Onların heç birini oxumamışam. Təqsirləndirilənlərlə qohumuq. Onlarla başqa əlaqəm olmayıb. Bahadır Qasımov xaricdə yaşayırdı. Ofisə tez-tez gəlmirdi. Əleyhimə ifadə verənlərini niyə belə etdiyini bilmirəm. Özləri bilsin, Allahları bilsin".

Digər təqsirləndirilən Fərhad Qasımov ifadə verməyə hazır olmadığını deyib.

Ona vaxt verilib.

Proses mayın 5-də davam etdiriləcək.



Xəbərin oxunma sayı : 844




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap