“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Ərdoğansız Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil” - “The Economist“

Tarix 25.04.25, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


“Ərdoğansız Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil”.

Bu barədə Böyük Britaniyanın “The Economist” nəşrində dərc olunan materialda bildirilir.

Qeyd olunur ki, ABŞ-nin bölgədən çəkilməsi, Rusiyanın təhdidinin artması və Ukraynada müharibə səbəbiylə Avropanın Türkiyənin hərbi gücünə və strateji mövqeyinə hər zamankindən daha çox ehtiyacı var.


Avropa Birliyinin təhlükəsizlik baxımından Türkiyə ilə əlaqələrdə yeni dövrə qədəm qoyduğu bildirilib. Vurğulanıb ki, Avropanın Türkiyədən hərbi və strateji asılılığı ABŞ-nin bölgədən çıxması, Ukraynadakı müharibə və Rusiyadan artan təhlükə səbəbindən artmaqdadır.

Nəşr Rəcəb Tayyib Ərdoğanın “Avropanın təhlükəsizliyini Türkiyəsiz düşünmək olmaz” sözlərinə istinad edərək, Türkiyənin Qara dəniz, Balkanlar və Yaxın Şərqdə mühüm güc mövqeyinə yüksəldiyini yazıb. Türkiyənin Ukraynadan kənarda 400 mindən çox aktiv əsgəri ilə ən böyük quru ordusuna sahib olduğu xatırladılarkən, Baykar və İtalyan müdafiə nəhəngi Leonardo arasında əməkdaşlıq da Avropanın diqqətini çəkən əsas addımlardan biri olaraq diqqət çəkib.

Xəbərdə Ankaranın Ukraynada mümkün atəşkəsdən sonra bölgəyə sülhməramlılar göndərməyi təklif etdiyi və bunun Türkiyənin müharibədən sonrakı Qara dəniz nizamında söz sahibi olmaq məqsədini əks etdirdiyi bildirilir. Paylaşılan təklifin Türkiyənin müdafiə sənayesi və müqavilə sektoruna da yeni imkanlar gətirə biləcəyi şərh edilib.


Qeyd olunub ki, Türkiyə bəzən NATO daxilində “çətin” tərəfdaş adlandırılsa da, hazırda mövcud geosiyasi vəziyyətə görə daha etibarlı və əvəzedilməz müttəfiq kimi görünür. Bildirilib ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərini ləngitməsi kimi keçmiş addımları indi Qərb paytaxtlarında daha böyük tolerantlıqla qarşılanır.

“The Economist” yazıb ki, hazırda Avropanın Türkiyə ilə münasibətlərində dəyərlərdən çox maraqlar müəyyənedici amillərdir. Başda Almaniya istisna olmaqla, Aİ ölkələrinin son siyasi proseslərə baxmayaraq Türkiyə ilə strateji əməkdaşlığı davam etdirməyə hazır olduqları bildirilib.



Xəbərin oxunma sayı : 193




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap