“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Kimlər “Lukoyl”un hesabına milyarder olub? - Siyahı

Tarix 22.04.25, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, ABŞ-nin və dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalı milyarderlərin 39-cu qlobal reytinqini dərc edib və həmyerlimiz, “Lukoyl” şirkətinin əsas sahibi Vahid Ələkbərov Rusiyanın ən varlı şəxsi olub.

Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, Vahid Ələkbərovdan başqa “Lukoyl” şirkəti ilə bağlılığı olan daha 10 nəfər milyarderlərin siyahısına düşə biliblər.

Bildirilir ki, şirkətin prezidenti və əsas sahibi Vahid Ələkbərov ardıcıl ikinci ildir ki, siyahıya liderlik edir. Onun sərvəti bu il 28,7 milyard dollar təşkil edir.
Ələkbərovun həyat yoldaşı Larisa Ələkbərova da 2007-ci ildən şirkətin minoritar səhmdarı hesab olunur. Onun da payı illər ərzində artaraq bu gün onu Rusiyanın ən zəngin qadınları siyahısında 19-cu yerə çıxarıb.
“Lukoyl”da Ələkbərovla birgə çalışan Leonid Fedun və Nikolay Tsvetkov da “Lukoyl”un yüksəlişindən faydalanıblar. Tsvetkovun sərvəti 2007-ci ildə 9 milyard dollaradək çatsa da, sonradan fərqli maraqlar üzündən maliyyə imperiyasını itirib. Əvəzində, Fedun sərvətini 2025-ci ildə 10,4 milyard dollara çatdırıb. Bu il onun ilk evliliyindən olan övladları Anton və Yekaterina da hər biri 1,1 milyard dollar sərvətlə ilk dəfə “Forbes” siyahısına daxil olublar. Onlara “Lukoyl” səhmləri 2018-ci ildə bağışlanıb.

Eyni səviyyədə sərvətə sahib olan digər adlar da var. Şirkətlərini “Lukoyl”a satan Andrey Kuzyaev və Qriqori Berezkin də milyarderlər arasındadır. Siyahıda həmçinin keçmiş sovet neftçiləri Aleksandr Putilov, Aleksandr Caparidze, Ravil Maqanov və Serik Raxmetov da yer alır.

Ümumilikdə, “Lukoyl”un hesabına milyarder olan 13 nəfər var. Onlardan 11-i ən zəngin iş adamları, 2-si isə ən varlı qadınlar siyahısında yer alır. 2025-ci ildə bu siyahıya üç yeni milyarder də əlavə olunub.



Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap