“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“İran nüvə silahı yaratmağa yaxındır“ - Qrossi

Tarix 16.04.25, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, İran öz nüvə silahını yaratmağa yaxındır.

“Report” xəbər verir ki, o, bu barədə “Le Monde” qəzetinə müsahibəsində bildirib.

"İranın bir deyil, bir neçə bomba yaratmaq üçün kifayət qədər materialı olsa da, hələ nüvə silahı yoxdur. Bunun üçün hələ müəyyən vaxt lazımdır, lakin etiraf edək ki, onlar artıq buna çox yaxındır", - R.Qrossi qeyd edib.

Baş direktor qeyd edib ki, agentliyin müşahidələrinə görə, son dörd ildə İran bu sahədə inkişaf edir.

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələri şərh edən R.Qrossi vurğulayıb ki, yalnız AEBA-nın təmin edə biləcəyi müstəqil yoxlama və monitorinq sistemi olmadan istənilən razılaşma faydasız olacaq: "Biz Əraqçi (İran XİN başçısı Abbas) və Uitkoff (ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven) arasında ikitərəfli dialoqda iştirak etmirik, lakin bu məsələyə laqeyd yanaşmırıq. Onlar yaxşı başa düşürlər ki, mümkün razılaşma haqqında öz fikirlərimizi bildirməli olacağıq, çünki onun yoxlanılması məhz bizdən asılı olacaq. Buna görə də biz artıq onlarla qeyri-rəsmi fikir mübadiləsi aparmışıq.



Xəbərin oxunma sayı : 838




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap