Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Şahin Seyidzadə məsuliyyətə cəlb olunur? - Milyonlarla yeyinti...

Tarix 18.04.25, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı Şahin Seyidzadə məsuliyyətə cəlb oluna bilər. 
 
AzFakt.com xəbər verir ki, buna səbəb Şahin Seyidbəylinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsində çalışarkən yol verdiyi ciddi nöqsanlarla bağlıdır. 
 
Hesablama Palatasının "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tabeliyindəki qurumlarda audit apararkən dövlət büdcəsi vəsaitlərinin xərclənməsi və əmlakın idarə olunması zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb.
 
Gəlirlər gizlədilib

Auditin nəticələrinə əsasən, İdarə dövlət sifarişi üzrə büdcə tələbatını "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın tələblərinə əməl etmədən hesablayıb. Belə ki, bölmәlәr üzrә müvafiq olaraq 1 735 336 manat vә 863 661 manat vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilib, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320 551 manat vә 1 405 448,02 manat qalıq vәsaitlәr dә büdcә vәsaitinә tәlabatın hesablanmasında nәzәrә alınmayıb.
 
Tenderlər gizli keçirilib

2022-ci ildə keçirilmiş 28 satınalma prosedurundan heç birinin ehtimal olunan qiymətləri təsdiqlənməyib, müqavilələr dövlət satınalmalarının vahid portalında yerləşdirilməyib;

Xarici qonaqlar üçün aviabiletlərə 33 012 manat, otel xərclərinə isə 16 138 manat vəsait satınalma proseduru olmadan xərclənib;

Ştatdankənar vəzifələr üçün əsas olmadan 13 645 manat əməkhaqqı ödənilib;

Avadanlıqların texniki spesifikasiyalarında uyğunsuzluğa görə 42 174 manat artıq vəsait ödənilib;

"Multani” və "Buxara” karvansaraylarının təmiri üçün ümumi müqavilə dəyəri 20 292 854 manat olan satınalmalar qanunsuz şəkildə həyata keçirilib, bu çərçivədə audit dövründə 13 498 516 manat xərclənib;

Lisenziyaların uçotdan kənarda qalması nəticəsində 44 246 manat məbləğində qeyri-maddi aktivlər qeydiyyata alınmayıb.

Hesabatda ümumilikdə 183 240 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası tövsiyə edilir. Bununla yanaşı, müxtəlif hüquq pozuntuları üzrə aidiyyəti qurumlara məlumatların təqdim olunması və məsul şəxslərin cavabdehliyə cəlb edilməsi təklif olunur.

Xatırladaq ki, Şahin Seyidbəyli 2022-ci ilin mart ayından 2024-cü ilin sentyabr ayınadək İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 
 
Ş.Seyidbəyli VII çağırış Milli Məclisin deputatıdır. 



Xəbərin oxunma sayı : 1387




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap