Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Əhalinin rifahı yüksələcək“ - Sahil Babayev

Tarix 12.06.26, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


"2025-ci ilin dövlət büdcəsinin yerli gəlirləri 873 milyon manat və ya proqnoza nisbətən 79 milyon manat çox, yerli xərcləri isə 717 milyon manat icra olunub".

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Nazir bildirib ki, regionların mərkəzi büdcədən maliyyə asılılığının azalması da 2025-ci ilin müsbət nəticələrindəndir: 

"Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya əvvəlki illə müqayisədə 25,2 milyon manat və ya 13,6 faiz azalıb. Yerli gəlirlər hesabına xərclərini maliyyələşdirən şəhər və rayonların sayının artması regionların iqtisadi və maliyyə potensialının gücləndiyini göstərir. Beləliklə, ötən il fiskal orqanlar tərəfindən daxilolmaların artıqlaması ilə təmin edilməsi və büdcə xərclərinin səmərəli icrası hesabına dövlət büdcəsi profisitlə yerinə yetirilib".

Sahil Babayev əlavə edib ki, 2025-ci il icmal büdcənin gəlirləri 48 milyard manat, xərcləri isə 44,6 milyard manat təşkil edib, icmal büdcə də profisitlə icra olunub. Ümumilikdə, 2025-ci ildə ölkədə makroiqtisadi sabitliyin qorunması, dövlət gəlirlərinin artırılması, qeyri-neft sektorunun genişləndirilməsi, borc dayanıqlılığının təmin edilməsi və sosial öhdəliklərin maliyyələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayan nazir qarşıdakı dövr üçün hədəflərdən də danışıb.

"Əsas hədəf müsbət nəticələri möhkəmləndirmək, qeyri-neft gəlirlərinin artımını sürətləndirmək, dövlət xərclərinin səmərəliliyini yüksəltmək, büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır. Əminik ki, həyata keçirilən məqsədyönlü iqtisadi və fiskal siyasət ölkəmizin maliyyə dayanıqlılığının möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə və inkişaf hədəflərinə xidmət edəcək", deyə nazir qeyd edib.



Xəbərin oxunma sayı : 1219




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap