“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Tovuzda əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Tarix 13.06.26, 19:47

Font ölçüsü : - / +
bitmap-img6


Tovuzda son günlər yağan aramsız yağışlar çaylarda selə səbəb olub.  Nəticədə rayonun bəzi kəndlərində içməli suyun tərkibində bulanma halları qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Köhnə Qala kənd sakinləri iddia edirlər ki, bu səbəbdən içməli sudan istifadə edə bilmirlər.

Sakinlərin sözlərinə görə, mənbəyini Zəyəm çayından götürən su xətti 40 ildən artıqdır ki, istismar olunur və həmin xəttin filtr sistemi artıq istifadəyə yararsız vəziyyətdədir.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, yaranan  şəraitdə su təmizləyici qurğular gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, suyun emalı texnoloji tələblərə uyğun şəkildə həyata keçirilir və keyfiyyət göstəricilərinə davamlı nəzarət olunur. Bəzi ərazilərdə suyun rəngində və ya bulanıqlığında qısamüddətli dəyişikliklər müşahidə oluna bilər ki, bu da sel sularının çaylara təsiri ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Hazırda Zəyəm çayında selin istiqamətini əsas su təmizləyici qurğulardan uzaq tutmaq üçün əlavə bəndləmə işləri də aparılır.




Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap