“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

ABŞ və İran tarixi sazişə yaxındır - Müqavilənin bəzi ilkin şərtləri açıqlanıb

Tarix 13.06.26, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


Xəbərverdiyimizkimi, İran İsfahandakı zənginləşdirilmiş uran anbarının ətrafında təhlükəsizlik tədbirlərini kəskin şəkildə gücləndirib.

Məhz belə bir vaxtda Ağ Evdən mühüm bəyanat gəlib.

Tramp administrasiyasının rəsmi nümayəndəsi bəyan edib ki, tərəflər İranın zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməsini nəzərdə tutan genişmiqyaslı sülh sazişini (Anlaşma Memorandumunu) imzalamağa çox yaxındırlar. ABŞ rəsmiləri müqavilənin imzalanma ehtimalını 80-85% civarında qiymətləndirirlər.

Müqavilənin sızan bəzi ilkin şərtləri:

Uranın məhvi: Nüvə materiallarının ilk növbədə yerindəcə məhv ediləcəyi, daha sonra isə xaricə daşınacağı bildirilir. ABŞ rəsmilərinin sözlərinə görə, texniki detalların tam razılaşdırılması ilkin imzalanmadan sonra 60 gün çəkə bilər.

Hörmüz boğazı: Saziş çərçivəsində tərəflərin Hürmüz boğazındakı blokadanı qaldıracağı və gəmilərin sərbəst hərəkətinin təmin ediləcəyi gözlənilir.

Bununla belə, hər iki tərəfin rəsmiləri ilkin razılaşma barədə hələ də ziddiyyətli bəyanatlar verirlər. Məsələn, İran mediası ABŞ ordusunun bölgədən çəkiləcəyini və Tehrana milyardlarla dollar sanksiya kompensasiyası ödəniləcəyini iddia etsə də, Vaşinqton bunu təkzib edir.

ABŞ kəşfiyyatının məlumatına görə, İranın əlində təxminən 440 kiloqram yüksək səviyyədə zənginləşdirilmiş uran mövcuddur. Bu ehtiyatın böyük hissəsi İsfahan şəhərindəki yeraltı tunellərdə saxlanılır. Hazırda uranın zənginləşmə səviyyəsi 60% təşkil edir. Nüvə silahı istehsal etmək üçün isə bu göstəricinin təxminən 90%-ə çatdırılması lazımdır.



Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap