Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Kommunal xidmətlərə hansı bölgələrdə nə qədər pul xərclənir? - Siyahı

Tarix 13.06.26, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk rübündə Azərbaycanda əhali su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə (kommunal xidmətlər) ayda adambaşına orta hesabla 30,65 manat vəsait xərcləyib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 4,9% artıb.

Qeyd edək ki, kommunal xidmətlərə ən çox vəsait Şirvan-Salyan iqtisadi rayonunda – Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarında xərclənib. Bu bölgədə sakinlər ayda adambaşına orta hesabla 41,7 manat kommunal xidmətlərə pul sərf ediblər.
Kommunal xidmətlərə ən az pul xərcləyənlər isə Şəki-Zaqatala iqtisadi rayonunda (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki) yaşayanlar olub. Burada ayda adambaşına orta hesabla 26,6 manat xərclənib.
İqtisadi rayonlar üzrə ayda adambaşına düşən kommunal xərclər belə olub:
Şirvan–Salyan – 41,7 manat;
Qarabağ – 33,6 manat;
Dağlıq Şirvan – 32,2 manat;
Abşeron–Xızı – 32,1 manat;
Lənkəran–Astara – 32 manat;
Gəncə–Daşkəsən – 30,7 manat;
Mərkəzi Aran – 30,5 manat;
Quba–Xaçmaz – 30,2 manat;
Naxçıvan – 29,9 manat;
Bakı – 29,2 manat;
Mil–Muğan – 29,2 manat;
Qazax–Tovuz – 27,3 manat;
Şərqi Zəngəzur – 27 manat;
Şəki–Zaqatala – 26,6 manat.

Məlumat üçün bildirək ki, kommunal xidmətlərə xərclənən vəsait adambaşına düşən istehlak xərclərinin 7,8%-nə bərabər olub. Rəsmi məlumata əsasən, bu ilin ilk rübündə Azərbaycanda adambaşına düşən aylıq istehlak xərcləri 392,2 manat təşkil edib.

İlk rübün sonunda Azərbaycan əhalisinin sayının 10 milyon 268 min 165 nəfər olduğunu nəzərə alsaq, ölkə üzrə aylıq ümumi istehlak xərcləri təxminən 4 milyard 27 milyon manat olub. Bu isə ay ərzində kommunal xidmətlərə təxminən 314 milyon manat vəsait sərf edildiyini göstərir. İllik hesablamada isə bu rəqəm 3,77 milyard manata yaxın edir.



Xəbərin oxunma sayı : 1012




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap