“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Nüvə dövlətləri silahlanmaya fantastik məbləğ xərcləyirlər - SİYAHI

Tarix 09.06.26, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) 2025-ci il üçün təqdim etdiyi məlumatlara əsasən, nüvə arsenalına malik doqquz dövlət bu silahların inkişafı və saxlanması üçün böyük məbləğ - 119 milyard dollar vəsait ayırıb.

Bu barədə RMF24 portalı məlumat yayıb. Siyahıya Amerika Birləşmiş Ştatları liderlik edir.

Belə ki, ötən il rəsmi Vaşinqton bu məqsədlə 69.2 milyard dollar xərcləyib. Bu rəqəm əvvəlki illə müqayisədə 22 faiz çox olmaqla yanaşı, digər bütün ölkələrin ümumi xərclərindən də xeyli çoxdur.

Xərclərin həcminə görə ikinci yerdə Çin qərarlaşıb. Pekin nüvə silahına 2024-cü illə müqayisədə 7 faiz çox, yəni 13.5 milyard dollar vəsait ayırıb. Nəşrin xüsusi olaraq vurğuladığı diqqətçəkən məqam isə Böyük Britaniyanın Rusiyanı qabaqlamasıdır. Rəsmi London xərclərini 17 faiz artıraraq 12.6 milyard dollara çatdırıb. Öz növbəsində Rusiya da nüvə silahlanmasına ayırdığı büdcəni 6 faiz artırıb və bu göstərici 9.5 milyard dollar təşkil edib.

Daha əvvəl "Axios" nəşri məlumat verib ki, ABŞ yaxın 10 il ərzində nüvə silahlarının istismarı, saxlanması və modernləşdirilməsi üçün təqribən bir trilyon dollar xərcləməyi planlaşdırır. Bu məbləğ federal agentliklərin illik xərclərindən qat-qat çoxdur.



Xəbərin oxunma sayı : 1300




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap