“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tramp Uitkoffa İranla fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyi tapşırıb - Ağ Ev

Tarix 12.04.25, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndə Stiv Uitkoffa İranla fikir ayrılıqlarının mümkünsə dialoq yolu ilə həll edilməsi barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Ağ Evin ABŞ-İran danışıqları barədə bəyanatında deyilir.

Ağ Ev danışıqları çox müsbət və konstruktiv adlandırıb.

Vurğulanıb ki, Uitkoff ABŞ-ın Omandakı səfiri Anna Skrzyma ilə birlikdə şənbə günü Maskatda Abbas Araqçi ilə görüşüb və danışıqlar aparıb.

Qeyd edilib ki, ABŞ və İran arasında birbaşa danışıqlar qarşılıqlı faydalı nəticəyə doğru bir addım olub.

“ABŞ-nin baş müzakirəçisi Stiv Uitkoff İran xarici işlər naziri Abbas Araqçiyə bildirib ki, Trampdan iki xalq arasındakı fikir ayrılıqlarını əgər mümkünsə dialoq və diplomatiya yolu ilə həll etmək üçün göstərişlər alıb.

Bu məsələlər çox mürəkkəbdir və Uitkoffun bu gün birbaşa əlaqəsi qarşılıqlı faydalı nəticə əldə etmək üçün irəliyə doğru bir addım idi", - bəyanatda qeyd olunub.

Qeyd edilib ki, tərəflər gələn şənbə günü yenidən görüşmək barədə razılığa gəliblər.



Xəbərin oxunma sayı : 1498




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap