“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Mallar su altında qaldı, ziyan ödəniləcək? - VİDEO

Tarix 17.04.25, 10:30

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün yağan güclü yağış nəticəsində “Sədərək” Ticarət Mərkəzini su basması barədə xəbər vermişdik. Yağış sularının bəzi obyektlərin içərisinə dolduğu, malların su altında qaldığı bildirilirdi. 

Məsələ ilə bağlı sahibkarlar ATV-yə açıqlama veriblər. Onlar ciddi ziyanla üzləşdiklərini, hətta yağıntı suları səbəbindən öz obyektlərinə daxil ola bilmədiklərini bildiriblər.

Sahibkarlardan birinin sözlərinə görə, mağazada su çəkə biləcək hər şey islanıb. Mallara su dəydisə, rəngi dəyişir, kif atır.

Digər bir sahibkar isə 7-8 min manatlıq malının su altında qaldığını deyib: “Satdığım tekstil məhsullarıdır. Quru təmizləməyə verəcəyik. Ləkəsi çıxan, salamat olan satışa, olmayan da zibilliyə...”

Ticarət Mərkəzinin rəhbərliyi isə hazırda yağıntı sularının çəkilməsi ilə bağlı iş görüldüyünü söyləyib.

Qeyd edək ki, sözügedən ticarət mərkəzində daha əvvəl də dəfələrlə subasma halları olub və sahibkarlara dəyən ziyan özləri tərəfindən qarşılanıb.

Daha ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 529




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap