“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Valyuta satışında rekord artım – “Bu, 2020-ci ildən sonra ən yüksək həddir”

Tarix 18.04.25, 10:23

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlət Neft Fondunun açıqlamasından aydın olur ki, yola saldığımız I rübdə valyuta satışının həcmi 2,4 milyard dollar olub. Bu, 2020-ci ildən sonra ən yüksək həddir.”

Bu barədə iqtisadçı Samir Əliyev məlumat verib. 

Onun sözlərinə görə, pandemiya səbəbindən dünya bazarında neftin kəskin ucuzlaşdığı dövrdə, yəni 2020-ci ilin yanvar-mart aylarında Fondun valyuta satışı 2,8 milyard dollara yaxın olub ki, bunun da 1,9 milyard dolları mart ayında reallaşıb: “Həmin dövrdə neftin kəskin ucuzlaşması da məhz mart ayına təsadüf edirdi. Təxminən eyni vəziyyət bu il də təkrarlanıb. Mərkəzi Bankın yanvar-fevral ayları üzrə valyuta satışı barədə məlumatlarına istinad etsək, görərik ki, həmin aylarda satışın həcmi 900 milyon dollara çatmayıb. Belə çıxır ki, yarısı qeyri-iş günü olan və say baxımından az keçirilmiş hərraclarda satılan valyutanın həcmi 1,6 milyard dollara yaxın olub.”

İqtisadçı xatırladır ki, Dövlət Neft Fondu 2025-ci ildən etibarən hər ay satılan valyuta həcmi ilə bağlı məlumatların açıqlanmasını dayandırıb.

Onun sözlərinə görə, Mərkəzi Bank da mart ayından etibarən analoji addım atmağa başlayıb: “Mərkəzi Bank rəhbərliyi bunu məzənnənin sabitliyi və hərracda valyuta tələbinin tam qarşılanması ilə əlaqələndirərək, bu məlumatların ictimaiyyətə açıqlanmasının artıq aktual hesab olunmadığını bildirir. Fikrimcə, bu düzgün addım deyil. Əvvəla, ona görə ki, bu vəsaitlər ictimai maliyyənin tərkib hissəsidir və onun açıqlanması şəffaflıq və hesabatlılıq baxımından zəruridir. İkincisi, məlumatlara çıxışın məhdudlaşdırılması, neftin ucuzlaşmasının yaratdığı bu həssas dövrdə əlavə suallar və narahatlıqlar doğurur. Çünki gizlədilən və ya açıqlanması məqsədəuyğun hesab edilməyən məlumatlar hər zaman düzgün olmayan nəticələr formalaşdırır.”



Xəbərin oxunma sayı : 1048




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap