“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü

Tarix 14.07.25, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Elat Kəndli-Fermer Təsərrüfatı" MMC-yə məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının lokal təmizləyici qurğu olmadan və hər hansı təmizlənmə, zərərsizləşdirilmə aparılmadan birbaşa Sumqayıt çayına və dolayısı ilə Xəzər dənizinə axıdılması faktı aşkar edilib.

AzFakt.com xəbər verir ki, Su Məcəlləsinin 77-ci, 103-cü maddələrinin və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli qərarından irəli gələn tələblərin pozulmasına görə faktla bağlı akt və İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə şirkət barədə protokol tərtib edilib.

Həmçinin, Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş qaydalara riayət edilmədən fəaliyyətin həyata keçirildiyini nəzərə alaraq, müvafiq tədbirlər görülməsi üçün Agentliyə müraciət ediləcək.

Xidmət vətəndaşlardan su obyektlərinin çirkləndirilməsinə dair hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edib.
img




Xəbərin oxunma sayı : 271




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap