“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tramp 150-dən çox ölkəyə məktub göndərməyə hazırlaşır - Yeni tarifərlə bağlı...

Tarix 17.07.25, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp 150-dən çox ölkəyə tarif dərəcələri ilə bağlı vahid məktub göndərməyi planlaşdırır.

Bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Tramp hansı ölkələrin bu siyahıya daxil olduğunu açıqlamayıb.

"Bu qrup üçün hər şey eyni olacaq. Bunlar böyük biznes aparmayan kiçik ölkələrdir. Çin, Yaponiya kimi razılığa gəldiyimiz ölkələr deyil", – deyə Trampın sözlərini "Politico" nəşri sitat gətirib.

Qeyd olunur ki, hazırda bütün ölkələr Trampın aprel ayında tətbiq etdiyi 10%-lik əlavə baza tarifini ödəyirlər. Daha əvvəl prezident yeni baza tarifinin 15-20% arasında ola biləcəyini bildirmişdi, lakin son açıqlamasında konkret tarif dərəcəsinə toxunmayıb.

Tramp artıq Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya kimi bir sıra ticarət tərəfdaşlarına yeni tariflərlə bağlı məktublar göndərib. Bu məktublar 1 avqustdan qüvvəyə minəcək tariflərin ilkin mərhələsini təşkil edir və həmin ölkələr ABŞ administrasiyasından daha sərfəli şərtlər əldə etməyə çalışırlar.




Xəbərin oxunma sayı : 436




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap