“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“İlin ilk yarısında cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb” - Hərbi prkuror

Tarix 18.07.25, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında çıxış edən Hərbi prokuror Bəhruz Əhmədov 2025-ci ilin birinci yarımili üzrə cinayət statistikası ilə bağlı diqqətçəkən rəqəmlər açıqlayıb. Onun sözlərinə görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bir çox istiqamətlərdə cinayətlərin azalması müşahidə olunub.


B.Əhmədov bildirib ki, hərbi xidmətdən yayınma ilə bağlı cinayətlərdə ümumilikdə 43,9% azalma qeydə alınıb. Bu kateqoriyaya daxil olan digər cinayət növləri üzrə statistik göstəricilər də belədir:

Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma – 36,4% azalma;


Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə – 45,3% azalma;

Fərarilik – 70% azalma.

Eyni zamanda, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya onların aşılması halları 52,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri 18,2%, özünü öldürmə həddinə çatdırma halları isə 50% azalıb.

Ümumilikdə, 2025-ci ilin birinci yarısında qeydə alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% azalıb. Qeyri-hərbi cinayətlər 2,5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18,6% azalıb.


Bəhruz Əhmədov qeyd edib ki, bu nəticələr Hərbi Prokurorluq orqanlarının düzgün təşkil olunmuş istintaq taktikası, qanuni və əsaslı şəkildə cinayət işlərinin başlanması, peşəkar istintaq metodikası və prokurorluq əməkdaşlarının əzmkarlığı nəticəsində əldə olunub. Qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb.

Qeyd edilib ki, 2025-ci ilin birinci yarısında qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri ümumiyyətlə qeydə alınmayıb.



Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap