Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Azərbaycandakı 2500-ə yaxın tibb məntəqəsinin 43 faizi xidmətə yararsızdır“ - Zaur Əliyev

Tarix 06.11.25, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda xidmətə yararsız tibb məntəqələrinin sayı açıqlanıb.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

"Ölkədə təxminən 2 500-dək tibb məntəqəsi mövcuddur, onların 43 %-i tam yararsız vəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir. Hazırda kənd məntəqələrində xidmət göstərmək üçün azı 1 500 həkimə ehtiyac var. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub. Nazirlik tərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətində müəyyən təklif və həll yoları var. Sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində 2027-2030-cu illərdə təmir mərhələli şəkildə həll olunacaq. Pilot layihə olaraq isə Bərdə rayonu seçilib. Bərdə yeganə rayondur ki, hazırda bütün kəndlərdə həkim təminatı mövcuddur. Bu səbəbdən, ilin sonuna qədər bütün tibb məntəqələrinin yenidən qurulması planlaşdırılır. Gələn ilin mart ayında sizi Bərdəyə dəvət etməyi planlaşdırırıq ki, görülən işlərlə yerində tanış ola biləsiniz. Bu istiqamətdə işlərimizi davam etdiririk və inanıram ki, qarşıdakı bir neçə ildə bunun müsbət nəticələrini görəcəyik”, - deyə Zaur Əliyev bildirib.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap