Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

AXCP ləğv olunacaq? - Milli Məclisin komitə sədri bunu mümkün sayır

Tarix 01.12.25, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan partiya sədrinə AR Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb...

Qeyd edək ki, Cinayət Məcəlləsinin sözügedən maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur.

Maddə sübuta yetirilərsə, ittiham olunan şəxsi on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Artıq məhkəmənin qərarı ilə Əli Kərimli və müavini Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib. Onların saxlanılması və həbsi Ramiz Mehdiyevin işi ilə əlaqəlidir. 

Əli Kərimli və müavinin həbsindən sonra onun rəhbərlik etdiyi partiyanın ləğvi məsələsi gündəmə gəlib.

Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, vaxtilə post sovet məkanında Xalq Cəbhəsi hərəkatları məhz Qorbaçovun yenidənqurma siyasətinin nəticəsi kimi yaradılmış, Yeltsin hakimiyyəti dövründə isə guya “demokratik” prosesdə, əslində isə dağıdıcı prosesdə aktiv istifadə edilib. Bu baxımdan AXC sədri Əli Kərimovun  şimal qonşumuzdakı məlum dairələrlə əlaqələri təəccüblü deyil.

"2013-cü ildə Azərbaycan Prezident seçkiləri vaxtı Rusiyadakı “Milyarderlər İttifaqı” ilə əməkdaşlıq, “Milli Şura” layihəsi və s. məhz bu proseslərin nəticəsi və 5-ci kolonun fəaliyyətinin bariz nümunəsidir.  

Əslində post sovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın, o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şans idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar", - Əli Hüseynli bildirib.

Komitə sədri hesab edir ki, indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq AXCP-nin qeydiyyat məsələsinə yenidən baxılmalıdır. 



Xəbərin oxunma sayı : 823




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap