“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında“ - VİDEO

Tarix 20.12.25, 11:32

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunda 22 yaşlı fəhlə sexdə işləyərkən faciəvi şəkildə həlak olub.

AzFakt.com “Baku TV”yə istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-cü il təvəllüdlü Ramil Saatovun işlədiyi sexdə üzərinə 20 ton ağırlığında dəmir çən aşıb. O, hadisə yerində həyatını itirib.

“İş yoldaşı qışqırdı ki, uşaq qaldı altında. Gələndə gördük ki, əlləri ilə cırmaqlayıb onu çıxarmağa çalışırlar. Bellə torpağı qazsaq da, artıq gec idi. Taxta ilə dəmirin arasında qalmışdı. Cəmi iki dəqiqə yaşadı”, – deyə hadisə şahidi bildirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı süjetdə:

 





Xəbərin oxunma sayı : 451




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap