| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı - Fotolar
Tarix 16.12.25, 20:09 |
|
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.
Bildirib ki, sentyabrın 16-da keçirilmiş məhkəmə prosesi zamanı hüquqlarını qoruduğu təqsirləndirilən şəxs Ruben Vardanyan bir neçə vəsatət verib. Həmin vəsatətlərdən biri də şahid qismində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin məhkəmədə iştirakının təmin edilərək dindirilməsi barədə olub. Emil Babışov qeyd edib ki, müdafiə tərəfinin mövqeyinə görə, həmin təşkilatın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakı zəruridir. Belə ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı dövründə müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri Ruben Vardanyanın müvəqqəti saxlanıldığı yerə gələrək, onunla görüşüblər. Onun ərzaqla və geyimlə təmin olunmasına, ailə üzvləri ilə əlaqə saxlanılmasına köməklik göstəriblər.
Vəkil bildirib ki, təqsirləndirilən şəxsin mövqeyinə əsasən, Komitə nümayəndəsinin məhkəmədə iştirakının təmin olunmasında əsas məqsəd onun cinayət prosesində statusunun müəyyənləşdirilməsindən ibarətdir. Bu səbəbdən, BQXK-nın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakının təmin olunmasına köməklik göstərilməsini xahiş edir.
Təqsirləndirilən Ruben Vardanyan da hüquqlarını qoruyan vəkilinin vəsatətini müdafiə etdiyini bildirib.
Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ruben Vardanyanın hazırda məhkəmədə baxılan cinayət işi üzrə statusunun təqsirləndirilən şəxs olduğunu xatırladıb. Vurğulayıb ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.
Bundan başqa, ona hüquqları izah olunub və bu barədə bildirişlər təqdim edilib, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilib. Bir ilə yaxındır davam edən məhkəmə prosesində təqsirləndirilən şəxs kimi öz hüquqlarından istifadə edir, hüquqlarını müdafiə edir, eləcə də vəsatətlər verərkən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsinə dəfələrlə özü istinad edib. Təqsirləndirilən şəxs kimi hüququndan istifadə edərək məhkəmə baxışı zamanı ifadə verməkdən də imtina edib.
Zəruri hesab etdikdə təqsirləndirilən şəxs qismində zərərçəkənlərə, şahidlərə suallar verir.
İttiham tərəfi hesab edir ki, Ruben Vardanyan özü də təqsirləndirildiyi cinayət işi üzrə prosessual statusunu başa düşür və dərk edir.
Göstərilən halda hər hansı beynəlxalq təşkilatın nümayəndəsinin məhkəmədə verəcəyi ifadənin şəxsin statusunu necə dəqiqləşdirəcəyi və ya nəyi müəyyənləşdirəcəyi təbii ki, qeyri-müəyyən haldır. Digər tərəfdən, beynəlxalq təşkilatın nümayəndəsi məhkəmə prosesində hansısa şəxsin statusunu müəyyənləşdirmir.
Qeyd olunanları nəzərə alaraq dövlət ittihamını müdafiə edən prokuror məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib.
Məhkəmə tərəfləri dinlədikdən sonra yerində müşavirə keçirərək qərar qəbul edib.
Qərara əsasən vəsatət təmin olunmayıb. Qərarı əsaslandıran zaman sədrlik edən Zeynal Ağayev verilmiş vəsatətin baxılan işə aidiyyətinin olmadığını, hansısa bir sübut əhəmiyyəti daşımadığını və bu səbəbdən də rədd edildiyini deyib. Əlavə edib ki, məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsinə baxır. Hansısa beynəlxalq təşkilatın nümayəndəsinin bununla bağlı deyəcəklərinin məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur.
Sonra vəkil Emil Babışov məhkəməyə ikinci vəsatəti təqdim edib. Bildirib ki, cinayət işinin materiallarında iş üzrə təqsirləndirilən Ruben Vardanyanın istifadəsində olmuş ofisə və yaşadığı evinə baxış keçirilməsinə dair protokol və videomaterialların toplandığı disklər var. Müdafiə tərəfinin mövqeyinə görə, müvafiq istintaq hərəkətləri aparılarkən çəkilmiş videolardakı bəzi faktların aydınlaşdırılmasına zərurət olduğundan, müstəntiqin məhkəmədə şahid qismində iştirakı təmin edilərək dindirilməlidir.
Təqsirləndirilən Ruben Vardanyan vəsatəti müdafiə etdiyini deyib.
Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətinin əsassız olduğunu deyərək fikrini belə əsaslandırıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində cinayət işi ilə əlaqədar səlahiyyətlərini yerinə yetirmiş müstəntiqin dindirilməsi üçün konkret əsaslar müəyyənləşib. Hazırda baxılan cinayət işi üzrə məhkəmə prosesində bu hallar aşkar olunmayıb. İttiham tərəfi hesab edir ki, müstəntiqin iş üzrə şahid qismində dindirilməsində zərurət yoxdur və müdafiə tərəfi fikrini kifayət qədər əsaslandırmayıb.
Qeyd edilənlər nəzərə alınmaqla vəsatətin rədd olunması xahiş edilib.
Məhkəmə tərəflərin fikirlərini dinləyərək qərar qəbul edib. Qərara əsasən, verilmiş vəsatət rədd edilib. Qərar əsaslandırılan zaman vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95-ci maddəsində şahid qismində dindirilə bilməyən şəxslər müəyyən edilib və müstəntiq həmin şəxslərə aiddir.
Bundan sonra iclasa sədrlik edən hakim Zeynal Ağayev məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib.
Tərəflər məhkəmə istintaqının yekunlaşmasına və çıxışların başlanılmasına etiraz etmədiklərini bildiriblər.
Dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.







Xəbərin oxunma sayı : 103
Hadisə
Xəbərlər
-
Nəsrin Cavadzadədən hamam xalatında paylaşım - FOTOLAR
-
PSJ Mbappeyə 61 milyon ödəyəcək - Məhkəmə qərarı
-
Bakıda 17 elektrik doldurma cihazından 2-si işləyən “şarj məntəqəsi” - VİDEO
-
“ABŞ və Ukrayna yenə Mayamidə danışıqlar aparacaq“ - Zelenski
-
Tovuzda ərə verilən yeniyetmə qız: “Hə cavabıdır, nişan və üzük yoxdur” (VİDEO)
-
Milli Qvardiyanın komandanı postundan azad edildi - General ehtiyata buraxıldı
-
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - SIYAHI
-
AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?
-
Minimum ərzaq səbəti: Azərbaycanda 187, Ermənistanda isə 104 dollar
-
Avropa Məhkəməsi Rusiyanı 1,7 milyon avro cərimələdi - “Navalnı işi” qanunsuz elan edildi
-
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı - Fotolar
-
“NN Park“ şirkətinin işçisi həbs edildi - Dələduzluğa görə
-
Deputatlar bu tarixdə toplanacaq - Hansı qanunlar dəyişəcək?
-
“Kupyanska ona görə getdim ki...” - Zelenski açıqladı
-
Sabah paytaxtın bu rayonlarında qaz kəsiləcək - Xəbərdarlıq
-
Azərbaycanın Gürcüstana güzəştli qaz satışı gələn il başa çatır - Nə baş verəcək?
-
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi - Həbsdə qaldı
-
Paşinyan Avropadan seçkiləri udmaq üçün kömək istəyib - Ermənistanda qalmaqal
-
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi! - FOTOLAR
-
“Məktəblərin yaxınlığında dənə-dənə siqaretlər satılır“ - Deputat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar“ - Ərdoğan
-
Gürcüstan 43 əcnəbini deportasiya etdi - Aralarında azərbaycanlılar da var
-
Maskın sərvəti 600 milyardı keçdi - Yenidən tarixə düşdü
-
“Bu qərar minlərlə ailə üçün sevinc və ümid, ikinci şans deməkdir” - Adəm İsmayıl Bakuvi
-
“Azercell”də bu xidmətlər 50 faiz bahalaşdı - SİYAHI
-
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
-
Bu şəxslərə ən azı 46 gün məzuniyyət veriləcək - Dəyişiklik
-
Türkiyədə mənzil alan əcnəbilərin sayı açıqlandı - STATİSTİKA
-
Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
-
Yağış, qar yağacaq, külək əsəcək - Sabahın havası
-
“Son iyirmi ildə FHN üçün 1 134 yeni texnika alınıb“ - Nazir
-
“Rusiya sövdələşməyə hazırdır“ - Rəsmi Moskva
-
“Arzulayıram ki, bu amnistiya jurnalistlərə də şamil olunsun” - Aqil Abbas
-
Xaricdə məqaləsi olmayan özünə alim deməyə utanmalıdır - Nazir
-
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
-
İxtisarlar olanda onların işdə qalmasına üstünlük veriləcək - Siyahı
-
Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi - Həbsdə qaldı
-
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
-
“Venesuela müdafiə sistemini təkmilləşdirir“ - Maduro
-
Ağır xəstəliyi olan uşaqlara yardım adı ilə 200 min pul ələ keçirdi - VİDEO
-
Polşa Ukraynaya qoşun göndərəcəkmi? - Baş nazirdən açıqlama
-
288 nömrəli məktəbdə tədbir keçirilib - Qərbi Azərbaycanla bağlı
-
ABŞ ordusu narkotik daşıyan katerlərə hücum edib: Səkkiz nəfər öldürülüb
-
Prezident İlham Əliyev Qurultay iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
-
33 yaşlı kişinin 14 yaşlı qızla toyunun qarşısı alınıb - Tovuzda
-
Nərimanov rayonunda vətəndaşları təngə gətirən problem - VİDEO
-
Bəzi ərazilərdə 12 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
-
Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür
-
“Vaşinqton İranla böhranın həllində maraqlıdır“ - Rusiya XİN rəhbəri
-
Bu kəndlərə günlərdir canavarlar hücum edir - Sakinlər təhlükədə
-
“Caspian Servis“ Yasamalda qanunsuz tikinti aparır? - Sakinlərdən ŞİKAYƏT
-
İnstaqramda bu günün paylaşımları - FOTOLAR
-
Mbappe daha bir qol vurdu və... Ronaldonun “üç addım”lığında
-
Saatlıq iş rejimi Azərbaycanda nə vaxt tətbiq olunacaq? - AÇIQLAMA
-
Xaçmazın 27 kəndində qaz olmayacaq - Xəbərdarlıq
-
Bakıda kanalizasiya kollektorunun üzərində tikilmiş evlərin bünövrəsi çökdü - VİDEO
-
Ən çox Rusiyadan gəlib, Türkiyəyə gedib... - 9 ayda ölkəyə nə qədər pul daxil olub?
-
Məktəbli çantalarını yükləyən tərəf nazirlik deyil - Emin Əmrullayev
-
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və... - Xidmət qaydası dəyişib
-
Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - FOTO
-
“Macarıstan bu qırmızı xəttin keçməsinə icazə verməyəcək” - Siyarto
-
Yanan binaya su verildi - Sakinlərə təzminat ayrıldı
-
Nəsimi rayonunda yolun asfalt örtüyü dağılıb, çuxurlar əmələ gəlib - VİDEO
-
Baş prokuror Qətərdə işgüzar səfərdədir - FOTOLAR
-
Sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq - Türkiyədən
-
Vaxtında çatdırılmayan yük itirilmiş sayılacaq - Yeni qayda
-
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
-
“Türk Hava Yolları“nın Azərbaycandakı nümayəndəliyi məhkəməyə verildi - Qalmaqal
-
Saray bağlarında Samur-Abşeron kanalında antisanitar vəziyyət - VİDEO
-
DİN və prokurorluq məlumat yaydı - Biləsuvarda törədilmiş qətllə bağlı
-
Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələr - Siyahı
-
Yanğın təhlükəli sexlərin fəaliyyəti dayandırıldı - VİDEO
-
“Şəkili Yusif“lə birgə 173 milyonluq cinayət işində təqsirləndirilən şəxs: “Tövbə etmişəm“
-
“Zelenski Donbasdan çıxmağı qətiyyətlə rədd edib” - “Kiyev öz təklifini irəli sürüb“
-
Hərbiçi övladı Aylaya dəstək olun! - Valideynlər kömək istəyir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq
-
İcra başçısının oğlu general-mayor oldu - DOSYE
-
Bu il Azərbaycandan ən çox hansı ölkələrə pul göndərilib? - Tam siyahı
-
Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE
-
Moskvaya qaçan Əsəd nə işlə məşğuldur? - Detallar məlum oldu
-
“Total Finans” və “Stimul” kredit təşkilatları hesabat vermədi - Cəzalandırıldı
-
Azərbaycanın ən çox investisiya yatırdığı ölkələr - Siyahı
-
Bu şəxslərə general rütbəsi verildi - Siyahı
-
Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin olundu - Sərəncam
-
Prezident FHN-in əməkdaşlarını təltif etdi - SİYAHI
-
Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
-
Sabah leysan, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır - FƏRMAN
-
“Türkiyə diplomatiyası zaman və məsafə tanımır“ - Hakan Fidan
-
Aİ Ukraynaya real təhlükəsizlik zəmanətləri təklif etməyə borcludur - Kaya Kallas
-
Bakıda toy karvanında 6 maşın toqquşdu - VİDEO
-
Mədəniyyət Nazirliyi geri çəkildi - Nura Suriyə dəvət
-
Kimlərə iki dəfə çox maaş veriləcək? - Deputat açıqladı
-
DTX Balakənin icra başçısını belə saxlayıb - VİDEO
-
Ermənistan Aİ-dən yardım istəyib - Seçkilərə xarici müdaxilə ilə bağlı
-
Nazirlikdən dəm qazı ilə bağlı əhaliyə - Müraciət
-
Qızların oxumasına “yaxşı baxılmayan” kəndin ilk ali təhsilli qadını - Video
-
İl ərzində ən çox Günəş işığı alan şəhərlər - SİYAHI
-
“Partlayış səslərinə görə təşvişə düşməyin” - MN-dən əhaliyə çağırış
-
Metroda sıxlıq müşahidə olunur - Qatarlar tunellərdə dayanıb
-
Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu
-
“Onu məndən daha çox sevirlər” - Tramp
-
Paytaxtda qazılan yolun sakinlərə yaratdığı təhlükə - VİDEO
-
Masallı meşələri zibillik poliqonuna çevrilib - VİDEO
-
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
-
Bu il Azərbaycana 10 ölkədən 2,7 min ton tualet kağızı idxal edilib - Siyahı
-
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
-
Məktəb direktorunun işə bərpa tələbi rədd edildi: Ali Məhkəmənin qərarı
-
“Gürcüstan Aİ-nin böhranına baxmayaraq, Avropanın bir hissəsi olmaq istəyir“ - Kavelaşvili
-
Zelenski danışıqlar barədə: “Bu artıq kompromisdir”
-
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib - XƏBƏRDARLIQ
-
“P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir - Vətəndaşlardan şikayət
-
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
-
“Zelenski Krımı milyon faiz qaytara bilməyəcək“ - Putinin köməkçisi
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı hansı sahələrdə verilir? – Siyahı
-
Qusarda ağır qəza: İki nəfər öldü, dörd nəfər yaralandı
-
"Vesta Construction" MMC Bakıda eyni mənzili bir neçə nəfərə satıb - ŞİKAYƏT
-
“Mən kreslodan yapışmıram, təhlükəsizlik zəmanətləri şərti ilə seçkilərə hazırıq” - Volodimir Zelenski
TOP 10
ARXİV






