“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Paşinyan Avropadan seçkiləri udmaq üçün kömək istəyib - Ermənistanda qalmaqal

Tarix 16.12.25, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan hökuməti gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı Avropa İttifaqından (Aİ) dəstək istəyib. Bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə açıqlama verib.

Onun sözlərinə görə, seçkilər ərəfəsində Ermənistan Moldovaya göstərilən yardıma bənzər şəkildə, xarici zərərli müdaxilələrlə mübarizə üçün Aİ-dən kömək xahiş edib. Kallas bu açıqlamanı Aİ üzv ölkələrinin xarici işlər nazirləri ilə birlikdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən öncə səsləndirib. Lakin müzakirələrin detalları açıqlanmayıb. Aİ-nin əvvəlcədən yaydığı bəyanatda isə Xarici İşlər Şurasının iclasından əvvəl “səhər yeməyi zamanı qeyri-rəsmi fikir mübadiləsi”nin aparılacağı bildirilirdi.

Mirzoyan görüşdən sonra jurnalistlərə açıqlamasında seçkilərlə bağlı Aİ-dən dəstək istənilməsi mövzusuna toxunmayıb. O, Avropa rəsmiləri ilə Ermənistan–Aİ tərəfdaşlığında əldə olunan əsas nəticələrin və tərəflərin üzləşdiyi “hibrid təhdidlərin” müzakirə edildiyini deyib.

Xatırladaq ki, iki həftə əvvəl Mirzoyan Brüsselə səfəri zamanı Kallasla birlikdə Ermənistan–Aİ əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutan yeni “strateji gündəm”i qəbul edib. Danışıqlardan sonra Kallas Aİ-nin Ermənistana əlavə 15 milyon avro ayıracağını, bu vəsaitin bir hissəsinin Rusiyanın yaydığı iddia edilən dezinformasiyaya qarşı mübarizəyə yönəldiləcəyini bildirib.

Erməni mediası yazır ki, Paşinyan və digər rəsmi şəxslər Moskvanı açıq şəkildə seçkilərə müdaxilədə ittiham etməsələr də, Kallasın açıqlamaları İrəvanın Aİ-nin bu iddiaları ilə razılaşdığını göstərir.

Müxalifət isə Aİ-ni hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkilərdə qalib gəlməsinə yardım etməkdə ittiham edir. Parlamentdəki “Hayastan” müxalifət alyansının deputatı Qarnik Danielyan iddia edir ki, ayrılan maliyyə vəsaiti iyun seçkiləri ərəfəsində müxalifətə qarşı qarayaxma kampaniyalarına sərf olunacaq. Onun sözlərinə görə, hakimiyyətə qarşı çıxan hər kəs “Rusiya casusu” kimi təqdim olunur.



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap