“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İstanbulda məşhurlara qarşı narkotik əməliyyatının üçüncü dalğası başladı - Saxlanılanlar var

Tarix 20.12.25, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


İstanbulda məşhur şəxslərə qarşı aparılan narkotik istintaqının üçüncü dalğası çərçivəsində barələrində saxlanılma qərarı verilən 30 şübhəlidən 8-i polis tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, əməliyyat zamanı aktrisa Saadet Ezgi Eyüboğlu da narkotik vasitələrdən istifadə ittihamı ilə saxlanılıb və onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Məlumata görə, barəsində axtarış qərarı çıxarılan Kasım Garipoğlu ünvanında tapılmasa da, onun Sarıyer rayonundakı evində aparılan axtarış zamanı 1 ədəd qeydiyyatlı tapança, 1 ədəd pnevmatik silah, 8 ədəd narkotik tərkibli həb, kristal formalı 4 paket narkotik maddə, narkotik olduğu ehtimal edilən 5 ədəd maye, eləcə də narkotik istifadəsi üçün çoxsaylı alətlər və üyüdücü aşkarlanıb.

İstintaq çərçivəsində marketinq və brend məsləhətçiləri Yiğit Macit və Mehmet Ali Gül, sosial media fenomenləri Gizem Türedi və Mehmet Güçlü “fahişəliyə təşviq və vasitəçilik” ittihamı ilə, Saim Macit isə “Silahlar haqqında qanunvericiliyin pozulması” maddəsi ilə saxlanılıb.

Saxlanılanlar arasında Türkiyə Milli Olimpiya Komitəsinin üzvü olan milli kikboksçu Recep Menin də olduğu bildirilir. Onun adı daha əvvəl eyni istintaq çərçivəsində saxlanılan sosial media fenomeni Mümine Senna Yıldız ilə münasibəti səbəbindən gündəmə gəlmişdi.

İstintaq materiallarında ən azı beş gizli şahidin olduğu qeyd olunur. Xüsusilə “Kanarya” ləqəbli gizli şahidin ifadələri əsasında araşdırmanın miqyasının genişləndirildiyi bildirilir. Mətbuata sızan məlumatlara görə, gizli şahid ifadələrində narkotik istifadəsi, fahişəlik şəbəkəsi, nüfuz alveri, media və dövlət strukturlarında əlaqələrə dair ciddi iddialar yer alır.

Həmin ifadələrdə bəzi şəxslərin qadınlar vasitəsilə yüksək vəzifəli məmurlar üçün tələ mexanizmi qurduğu, bunun qarşılığında isə maddi, hüquqi və siyasi üstünlüklər əldə etdiyi iddia olunur. Həmçinin narkotik istifadəsi ilə bağlı xarici səfərlər və müxtəlif yüksəkçinli şəxslərin adları da istintaq sənədlərində yer alır.

Araşdırma çərçivəsində Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı barəsində də saxlanılma qərarı çıxarıldığı bildirilir. Hazırda ölkə xaricində olan Ş.Subaşı sosial şəbəkədə yaydığı açıqlamada yaxın zamanda Türkiyəyə qayıdacağını və daha ətraflı açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, istintaqın ilk dalğası zamanı aktrisa İrem Sak, müğənni Aleyna Tilki və internet fenomeni Danla Bilic də saxlanılmış, onlardan qan və saç nümunələri götürüldükdən sonra sərbəst buraxılmışdı. İstintaq tədbirlərinin davam etdiyi bildirilir.



Xəbərin oxunma sayı : 454




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap