“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

ABŞ mətbuatı Qrenlandiya planını sızdırdı - Əsas məqsəd işğal deyil

Tarix 07.01.26, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ mətbuatı Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı planlarını deşifrə edib.

ABŞ-nin “Wall Street Journal” (WSJ) qəzetinin adları açıqlanmayan rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio Konqres üzvləri üçün keçirilən qapalı brifinqdə Prezident Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə aydınlıq gətirib.

Məlumata əsasən, Rubio Konqres üzvlərinə bildirib ki, Tramp administrasiyasının əsas hədəfi Qrenlandiyanı hərbi yolla işğal etmək deyil, adanı Danimarkadan satın almaqdır.

Konqres üzvləri Trampın daxili təhlükəsizlik üzrə müşaviri müavini Stiven Miller də daxil olmaqla bəzi yüksək vəzifəli şəxslərin Qrenlandiya ilə bağlı sərt və aqressiv açıqlamalarına diqqət çəkərək məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər. Buna cavab olaraq Marko Rubio bildirib ki, rəsmi şəxslərin açıqlamaları yaxın zamanda hərbi işğala işarə etmir və Trampın əsas niyyəti Qrenlandiyanın Danimarkadan satın alınmasıdır.

Rubio vurğulayıb ki, bu məsələ daha çox strateji və diplomatik çərçivədə qiymətləndirilməlidir.

Bununla belə, Ağ Ev daha əvvəl yaydığı açıqlamada Tramp administrasiyasının Qrenlandiyaya sahib olmaq üçün “ABŞ ordusundan istifadə də daxil olmaqla” müxtəlif variantları nəzərdən keçirdiyini təsdiqləmişdi.

ABŞ Prezidenti Donald Tramp yanvarın 5-də verdiyi açıqlamada Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını bildirərək, bunun xüsusilə Rusiya və Çinlə rəqabət kontekstində ciddi təhlükəsizlik prioriteti olduğunu qeyd etmişdi. Donald Tramp prezident seçildikdən və vəzifəsinin icrasına başladıqdan sonra dəfələrlə Qrenlandiyanın ABŞ-nin nəzarətində olmalı olduğunu bəyan edib. Tramp adaya sahib olmağın və onun üzərində nəzarətin ABŞ üçün “mütləq zərurət” olduğunu iddia edib.

Qeyd edək ki, Danimarka Krallığının tərkibində olan iki muxtar ərazidən biri olan Qrenlandiya Danimarkadan təxminən 2 min 900 kilometr uzaqlıqda yerləşir və Arktika bölgəsində mühüm strateji mövqeyə malikdir.



Xəbərin oxunma sayı : 493




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap