“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır“ - Ağ Ev

Tarix 06.01.26, 11:02

Font ölçüsü : - / +
bitmap-img6


Qrenlandiya Amerikanın təhlükəsizlik sisteminin bir hissəsi kimi ABŞ-ın tərkibinə daxil olmalıdır.

APA xəbər verir ki, bunu Ağ Evin Administrasiya rəhbərinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib.

O, eyni zamanda adanın hərbi yolla ələ keçirilməsi ehtimalını da istisna etməyib.

“Prezident aylar ərzində açıq şəkildə bildirib: Qrenlandiya ABŞ-ın ümumi təhlükəsizliyinin bir hissəsi olmalıdır. Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-la hərbi qarşıdurmaya getməyəcək”, - Miller vurğulayıb.

Aparıcı birbaşa şəkildə hərbi müdaxilənin istisna edilib-edilmədiyini soruşduqda, Miller cavabdan yayınıb və bunun əvəzinə Danimarkanın Arktika ərazisinə iddialarını şübhə altına alıb.

“Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarkanın koloniyası olması iddiası nəyə söykənir? (ABŞ NATO-nun əsas gücüdür. ABŞ Arktika regionunun təhlükəsizliyini təmin etmək, NATO-nun maraqlarını qorumaq istəyirsə, aydındır ki, Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır. Buna görə də bu, ölkə olaraq müzakirə edəcəyimiz bir məsələdir”, – o yekunlaşdırıb.





Xəbərin oxunma sayı : 490




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap