“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Məktəblərdə mədəniyyət dərsləri - Kadrlar varmı ?

Tarix 17.01.26, 14:37

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı konkret təkliflər hazırlanacaq. Bu istiqamət “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında öz əksini tapıb və Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Konsepsiyaya əsasən, 2026–2030-cu illərdə mədəniyyət sahəsi təhsilin ayrılmaz tərkib hissəsinə çevriləcək. Belə ki, Azərbaycanın mədəniyyət dəyərləri, tarix və incəsənət sahələri ilə bağlı fənn və biliklərin məktəb və ali təhsil proqramlarında tədrisi təmin olunacaq. Xüsusilə vurğulanır ki, mədəniyyət fənni sistemli şəkildə tədris olunacaq və bu, gənc nəsildə milli-mədəni şüurun formalaşmasına xidmət edəcək.


Bəs mədəniyyət fənninin tədrisi üçün mövcud müəllim heyəti və kadr potensialı kifayət edəcəkmi, yoxsa əlavə hazırlıq tələb olunacaq? Bu təşəbbüsün uzunmüddətli məqsədləri və nəticələri nələrdir?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. Ekspert deyib ki, mədəniyyət təhsilin tərkib hissələrindən biridir və təhsil müəssisələrində mədəniyyət fənninin tədris olunması, Azərbaycan mədəniyyətinə aid olan xüsusiyyətlərin gənc nəsilə ötürülməsi, istər şagirdlərə, istərsə də ali təhsil müəssisələrində tələbələrə böyük əhəmiyyət kəsb edir: “Əlbəttə, bu fənnin tədrisi üçün bizə müvafiq kadr məsələsi aktuallaşır və düşüncəmiz ondan ibarətdir ki, məhz ali təhsil müəssisələrində müvafiq kadrların hazırlığı həyata keçirilməlidir".
Elçin Əfəndinin fikrincə, hazırda bu fənnin tədrisi əsasən ədəbiyyat və Azərbaycan dili fənləri tədris edə bilərlər:  "Çünki burada ədəbiyyatla, dil ilə bağlı müvafiq olaraq bu fənnin tədrisini hazırda məhz Azərbaycan dili fənləri tədris edə bilərlər. Amma təbii ki, zamanla sırf mədəniyyətə aid kadr hazırlığının həyata keçirilməsi vacibdir.

Ali təhsil müəssisələrində mədəniyyətşünaslıq fənni tədris olunur və bu qeyri-ixtisas fənni olaraq tələbələr seçə bilirlər. Kulturologiya və yaxud mədəniyyətşünaslıq adında tələbələrin seçmə fənninə daxildir və bu fənn ali təhsil müəssisələrində tədris olunur.  O ki qaldı orta təhsil müəssisələrində bu fənnin tədrisinə, düşünürəm ki, bunun üçün biz ayrıca bir ixtisas yaradaraq bu istiqamət üzrə kadr hazırlığı həyata keçirməliyik. Qarşıdakı dövr ərzində nəzərə alsaq ki, 2026-cı ildən bu konsepsiya artıq irəli sürülür və 4 il ərzində biz bu ildən qəbul apararıqsa, düşünürəm ki, 2030-cu ilə qədər məhz kadr hazırlığı artıqlaması ilə bu fənnin tədrisinə töhfə verə bilərik. Əks halda müvafiq əlavə hazırlıq tələb olunacaq. Burada tarix müəllimləri və yaxud Azərbaycan dili-ədəbiyyat müəllimləri prosesdə iştirak edə bilərlər. Təşəbbüsün uzun müddətli məqsədləri və nəticələrinə gəldikdə, əlbəttə ki, bu təşəbbüs özlüyündə Azərbaycan gəncliyinin, eyni zamanda Azərbaycan dövlətinin həm dilinin, həm ədəbiyyatının, həm mədəniyyətinin, ümumiyyətlə sferasına daxil olan bütün elementlərin növbəti nəsillərə ötürülməsi üçün bir növ zəmin hazırlamağa və nəticədə Azərbaycan mədəniyyətinin təkcə regional deyil, qlobal səviyyədə tanıdılmasına hesablanır. Düşünürəm ki, bunun müsbət nəticələri sonrakı illərdə özünü göstərəcək".



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap