“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan aqrar sektorda böyük yeniliyə hazırlaşır - Fermerlərə şad xəbər

Tarix 17.01.26, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 2026-cı ildə kənd təsərrüfatında həm bitkiçilik, həm heyvandarlıq problemlərinin aradan qaldırılmasına yönələn 16-dan artıq modul hazırlanacaq. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda bildirib.

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Fermerlərə ŞAD XƏBƏR: Azərbaycan aqrar sektorda böyük yeniliyə hazırlaşır

Modulların əsas funksional istiqamətləri

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, Azərbaycanda 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan kənd təsərrüfatı üzrə süni intellekt modulları sektorun həm bitkiçilik, həm də heyvandarlıq sahəsində illərdir mövcud olan əsas problemlərin aradan qaldırılmasını hədəfləyir: "Kənd Təsərrüfatı Nazirliyinin "McKinsey and Company" ilə birgə hazırladığı yol xəritəsi çərçivəsində formalaşdırılan bu modullar bitki xəstəliklərinin vaxtında aşkarlanması, məhsuldarlığın dəqiq proqnozlaşdırılması, əkin sahələrinin dəqiq xəritələndirilməsi və iqlim məlumatlarının analitik təhlili kimi mühüm istiqamətləri əhatə etməklə yanaşı, daha geniş funksional imkanlara malik olmalıdır. Xüsusilə torpaq münbitliyinin monitorinqi, aqrokimyəvi balansın təhlili, suvarma sistemlərinin optimallaşdırılması, gübrə və pestisid istifadəsinin dəqiq planlaşdırılması, zərərvericilərin yayılma riskinin proqnozu, aqrotexniki tədbirlərin vaxtının avtomatik təyin edilməsi, məhsul itkisinin səbəblərinin analizi və kənd təsərrüfatı texnikasının texniki vəziyyətinin izlənməsi kimi sahələr də modulların əsas komponentləri kimi nəzərdə tutulmalıdır. Heyvandarlıq üzrə isə süni intellekt əsasən heyvan sağlamlığının erkən diaqnostikasına, xəstəliklərin yayılma ehtimalının proqnozlaşdırılmasına, yem rasionunun optimallaşdırılmasına, reproduksiya göstəricilərinin izlənməsinə və təsərrüfat idarəetməsinin rəqəmsallaşdırılmasına fokuslanmalıdır".

Fermerlərə ŞAD XƏBƏR: Azərbaycan aqrar sektorda böyük yeniliyə hazırlaşır

Əsas çətinliklər

N.Əzizli bildirdi ki, hazırda bitkiçilik sahəsində iqlim dəyişmələrinin yaratdığı məhsuldarlıq dalğalanmaları, su çatışmazlığı, torpaqların deqradasiyası, xəstəlik və zərərvericilərin artması, yanlış gübrələmə və suvarma nəticəsində məhsul itkiləri kimi ciddi problemlər mövcuddur: "Heyvandarlıqda isə yem bazasının səmərəsiz idarə olunması, xəstəliklərin gec aşkarlanması, aşağı məhsuldarlıq, genetik potensialdan tam istifadə olunmaması və təsərrüfatlarda idarəetmə proseslərinin köhnə metodlarla aparılması əsas çətinliklərdir. Süni intellekt modulları bu problemlərin çoxunu azaldacaq real potensiala malikdir. Çünki böyük məlumat kütləsini eyni anda analiz edərək ən optimal qərar təklifləri verir, xəstəlikləri erkən müəyyənləşdirir, resurs sərfini minimuma endirir və fermerlər üçün riskləri proqnozlaşdırır. Bununla belə, bu modulların tam effektiv işləməsi üçün sahələrdən keyfiyyətli məlumat toplanması, sensor və dron şəbəkələrinin genişləndirilməsi, rəqəmsal bacarıqların artırılması və təsərrüfatların texnoloji yeniliklərə sürətli adaptasiyası da vacibdir. Bütün bu komponentlər bir-birini tamamladıqda, hazırlanacaq 30-dan artıq modul kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, itkilərin azaldılması və idarəetmənin müasir standartlara uyğunlaşdırılması istiqamətində ölkə üçün əhəmiyyətli dönüş yarada bilər".

Fermerlərə ŞAD XƏBƏR: Azərbaycan aqrar sektorda böyük yeniliyə hazırlaşır

"Aqrotexniki qulluğun səviyyəsi yenilənməlidir"

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev isə düşünür ki, modulların yaradılmasına səbəb resurslardan düzgün istifadə olunması istəyidir: "Yəni məqsəd odur ki, bir hektar ərazidən daha çox məhsul əldə olunsun. Yaxud su resursları səmərəli istifadə edilsin. Bunun üçün də intensiv inkişafı daha da sürətləndirmək və yeni texnologiyalar tətbiq etmək tələb olunur. Son dövrlər kənd təsərrüfatının inkişafında süni intellektin rolu böyükdür. İqlim proqnozlaşması çox önəmli məsələdir. Çünki iqlim dəyişikliyinə ən çox məruz qalan aqrar sahədir. Daşqınların, müxtəlif tektonik hadisələrin rolu artır. Zərərvericilər də iqlimlə əlaqəlidir. Bu da bitkiçiliyin inkişafına mane olur. Aqrotexniki qulluğun səviyyəsi də yenilənməlidir".

"Dərmansız adi göyərti də yetişdirmək olmur"

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, heyvandarlığa və bitkiçiliyə mane olan səbəblərdən biri xəstəliklərdir: "Xəstəliklərlə mübarizə aparmalıyıq. Bitkiçilik və heyvandarlıqda olan xəstəliklərin aradan qaldırılmasına çalışmalıyıq. Çünki yeni növ xəstəliklər ortaya çıxır. Dərmansız adi göyərti də yetişdirmək olmur. Bu da məhsulun maya dəyərinə təsir edir. Dərmanlarla yetişən məhsullar insanlarda da xəstəliklərə gətirib çıxarır. İqlim məlumatlandırılması bitkiçilikdə əsas hissələrdən biridir. Çünki məhsulların qiyməti iqlimdən asılıdır. Bu sahəyə müasir texnologiyalar cəlb edilməlidir. Suvarma sistemlərindəki problemləri həll etməliyik. Rəqabətli mühit yaradılmalıdır. Əgər bunları həll etsək, nəticə əldə edə bilərik".

Fermerlərə ŞAD XƏBƏR: Azərbaycan aqrar sektorda böyük yeniliyə hazırlaşır

R.Qarayev kənd təsərrüfatında həll edilməli olan digər problemlərə də toxundu: "Kənd təsərrüfatı sahəsində mütəxəssis çatışmazlığı mövcuddur. Kadrların inkişaf etməsi üçün şərait yaradılmalıdır. Kənd təsərrüfatı sahəsində ixtisaslaşan institutlar inkişaf etdirilməlidir. Müasir texnologiyalara keçid müşahidə edilmir. Kənd təsərrüfatı sahəsində nə qədər yeniliklər edilməyə çalışsaq da, nəticə zəifdir. Modullardan əlavə araşdırılmalıdır ki, niyə özümüz nəticə əldə edə bilmirik, xarici şirkətlərə ehtiyac duyuruq".



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap