“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Ukrayna müharibəsində birbaşa iştirak edən tərəf deyilik“ - Çin XİN başçısı

Tarix 14.02.26, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Çin Ukrayna müharibəsində birbaşa iştirak etmir.

APA xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq İ Münxen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

“Çinin bu məsələdə mövqeyi aydındır. Bu münaqişə dialoq və konsultasiya yolu ilə həll olunmalıdır. Bu münaqişənin həllində son sözü Çin demir. Bizim yalnız sülhü və danışıqları təşviq edirik”,- Çinin XİN rəhbəri bildirib.

O əlavə edib ki, Avropa da bu münaqişənin həllində iştirak etməlidir.

“Avropa məsələyə kənardan baxmamalıdır. Ötən il də bu platformada olanda, Rusiya ilə danışıqlar aparılanda Avropa kənardan qalıb tamaşa edirdi. Münaqişənin burada-Avropada başladığına görə, mən o vaxt da bəyan etdim ki, vaxtı çatanda Avropanın bu danışıqlarda iştirak etmək hüququ var. Mən demişdim ki, Avropa menyuda yox, masa arxasında olmalıdır. İndi isə biz görürük ki, Avropa Rusiya ilə dialoq cəsarətini özündə tapıb. Bu yaxşıdır və biz bunu dəstəkləyirik”,- Vanq İ qeyd edib.

O ölkəsinin Avropa ilə rəqib yox, tərəfdaş olduğunu xatırladıb.

“Bu gün Avropa ilə aramızda bir günlük ticarət həcmi diplomatik münasibətlər qurduğumuzdan sonra növbəti il ərzində həyata keçirdiyimiz ticarətdən artıqdır. Niyə Çin Avropa İttifaqının rəqibi kimi tanıtdırılmalıdır?”,- Vanq İ ritorik sual verib.



Xəbərin oxunma sayı : 346




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap