Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Türkiyənin iki naziri dəyişdi - Ərdoğandan gözlənilən dəyişiklik

Tarix 11.02.26, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir Ankara kulislərində müzakirə olunan kabinet dəyişikliyini reallaşdırıb. 

“Rəsmi qəzet”də dərc edilən sərəncama əsasən, Ədliyyə naziri Yılmaz Tunçun yerinə İstanbul Respublika Baş prokuroru Akın Gürlək, Daxili işlər naziri Ali Yerlikayanın yerinə isə Ərzurum valisi Mustafa Çiftçi təyin edilib.

Açıklama yok.
“Rəsmi qəzet”də yer alan məlumata görə, həm Tunçun, həm də Yerlikayanın vəzifədən azad olunmaları ilə bağlı xahişləri qəbul edilib.

Ali Yerlikaya açıqlamasında bildirib ki, 4 iyun 2023-cü ildən icra etdiyi Daxili işlər naziri vəzifəsini Mustafa Çiftçiyə təhvil verir və yeni nazirə uğurlar arzulayıb. Yerlikaya eyni zamanda təhlükəsizlik strukturlarında çalışan bütün əməkdaşlara təşəkkür edib.

Yılmaz Tunç isə açıqlamasında AKP-nin 2001-ci ildən başlayan siyasi yoluna, tutduğu vəzifələrə və Ərdoğanın liderliyi altında aparılan hüquqi islahatlara diqqət çəkib. Tunç, Ədliyyə naziri postuna gətirilən Akın Gürləkə də uğurlar arzulayıb.

Yeni Ədliyyə naziri Akın Gürlək İstanbulda məhkəmə üzvü və məhkəmə sədri olduğu dövrdə verdiyi cəsarətli qərarlarla tanınıb. Daha sonra Ədliyyə nazirinin müavini, 2024-cü ilin oktyabrından isə İstanbul Cumhuriyyət Baş prokuroru vəzifəsində çalışıb..

Gürlək Baş prokuror olduğu müddətdə, xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaqlar da daxil olmaqla, ictimai rezonans doğuran bir sıra işlərə rəhbərlik edib.

Daxili İşlər Nazirliyinə gətirilən Mustafa Çiftçi indiyədək Ərzurum valisi vəzifəsini icra edib. Onun təyinatı təhlükəsizlik və idarəçilik xəttində daha sərt və mərkəzləşdirilmiş kursun davamı kimi qiymətləndirilir.



Xəbərin oxunma sayı : 1504




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap