Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Putin və Tramp hazırda görüş planlaşdırmırlar” - Peskov

Tarix 07.02.26, 17:56

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın gələcəkdə görüş planlaşdırılmır.

Bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml sözçüsü Amerika lideri ilə söhbətin planlaşdırılıb-planlaşdırılmadığı sualına cavab olaraq bildirib:“Xeyr, görüş planlaşdırılmır”.

Xatırladaq ki, 4-5 fevral tarixlərində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci raundu keçirilib. Danışıqlardan sonra ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff Moskva və Kiyevin 314 hərbi əsir mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb. O, Rusiya və Ukrayna nümayəndə heyətlərinin qarşıdakı həftələrdə münaqişələrin həlli ilə bağlı məsləhətləşmələri davam etdirmək niyyətində olduğunu bildirib.

Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə də keçirilib. Rusiya danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib.



Xəbərin oxunma sayı : 1654




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap