“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Ayətullah istəsə, Tramp onunla görüşər” - Marko Rubio

Tarix 14.02.26, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə birbaşa dialoqa açıq olduğunu bildirib.

“Bloomberg” xəbər verir ki, Rubio Trampın diplomatik üslubunun prinsiplərinə toxunaraq, görüşün keçirilməsinin heç bir halda güzəşt və ya legitimlik qazandırmaq mənasına gəlmədiyini vurğulayıb:

“Əgər sabah Ayətullah (Xamenei) Trampla görüşmək istədiyini desə, Tramp onunla görüşər. Trampın Ayətullahla razılaşdığı üçün yox, problemlərin həlli yolunun bu olduğuna inandığı üçün həmin addımı atar. Yoxsa  ki, Tramp kiminləsə görüşməyi güzəşt hesab etmir”, – Rubio bildirib.

Xatırladaq ki, son günlər Vaşinqton və Tehran arasında gərginlik pik həddə çatıb. Tramp administrasiyası bölgəyə ikinci aviadaşıyıcı qrupunun göndəriləcəyi ilə bağlı xəbərdarlıq edib və İranın nüvə proqramı, ballistik raketləri və regional fəaliyyətləri ilə bağlı “maksimum təzyiq” siyasətini davam etdirir.



Xəbərin oxunma sayı : 292




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap