“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Bu müharibə “ənənəvi məğlubiyyət”lə bitməyəcək” - ABŞ Dövlət katibi

Tarix 14.02.26, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Ukraynaya qarşı müharibəsi tərəflərin hansı biri üçünsə "ənənəvi məğlubiyyət"lə bitməyəcək. Moskva isə strateji məqsədlərinə çata bilməyəcək.

Bunu ABŞ Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, münaqişə, çox güman ki, danışıqlar yolu ilə başa çatacaq. Rubio vurğulayıb ki, heç bir tərəf bütün maksimalist tələblərinə nail ola bilməyəcək və müharibə sonda siyasi kompromisə gətirib çıxaracaq.

Eyni zamanda, o qeyd edib ki, ərazi məsələləri, xüsusən də Donetsklə bağlı mümkün güzəştlər Ukrayna cəmiyyəti üçün olduqca ağrılı olacaq.

"Donbasda ərazidən imtina etmək ukraynalılar üçün çətin bir güzəşt olardı. Lakin müharibə danışıqlar yolu ilə həllə gətirib çıxaracaq", - deyə Dövlət katibi vurğulayıb.

Rubio Münhendəki çıxışı zamanı Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq məsələsində nə qədər ciddi olduğuna dair hələlik cavab olmadığını bildirib, baxmayaraq ki, Rusiya nümayəndələri ABŞ və Ukrayna ilə üçtərəfli danışıqlarda iştirak edirlər.



Xəbərin oxunma sayı : 295




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap