“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Müdafiə naziri Hava Döyüş Komandanlığına göstərişlər verdi - VİDEO

Tarix 22.02.26, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə HHQ-nin bölmələrində olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyətlə görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müdafiə qüdrətinin gündən-günə daha da gücləndiyini vurğulayıb. Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiq icrasının təmin edilməsi istiqamətində Hava Döyüş Komandanlığına müvafiq göstərişlər verib.

Müdafiə nazirinə hərbi hissədə mövcud olan yataqxana, yeməkxana və tibb məntəqəsi təqdim edilib. General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qida normalarına riayət olunması, sanitariya-gigiyena qaydalarının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Həmçinin, ərazidə abadlıq, yaşıllaşdırma tədbirləri çərçivəsində xatirə ağacları əkilib və şəhid ailəsi ilə görüş keçirilib. Müdafiə naziri onların qayğıları ilə maraqlanıb, zəruri köməklik göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib. Şəhid ailəsi və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.





Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap