“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Şeyxin qudası ölkəni tərk etdi: “Türkiyədən də Amerikaya gedəcək“

Tarix 23.02.26, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün öncə Bakının Bilgəh qəsəbəsində obyektlərinin sökülməsi ilə gündəmə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadə ölkədən gedib.

AzFakt.co xəbər verir ki, bu barədə Pravda.az-a onun köməkçisi məlumat verib.

O bildirib ki, Qalib Salahzadə ötən axşam Türkiyəyə yollanıb: “Türkiyədən də Amerikaya gedəcək. Hazırda ölkədə yoxdur. Nə ilə əlaqədar getdiyi barədə məlumatım yoxdur. Mən də səhər işə gəlib bilmişəm”.

Xatırlatma: Qalib Salahzadə ona məxsus obyektin heç bir məhkəmə qərarı, rəsmi bildiriş olmadan, bir qrup şəxs tərəfindən dağıdıldığını bildirmişdi. Onun sözlərinə görə, söküntü Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib, əraziyə 30-a yaxın şəxs gəlib, obyektin bir hissəsini sökərək ərazini tərk ediblər. Keçmiş deputatın sözlərinə əsasən, Bilgəhdə ona məxsus tikililərin ümumi sahəsi 1200 kvadratmetrdən artıqdır və ona digər obyektləri özü sökməsi ilə bağlı da xəbərdarlıq edilib. Hacı Qalib Salahzadə isə buna razı olmadığını deyir.

 



Xəbərin oxunma sayı : 253




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap