“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - Gizli təyinat

Tarix 23.02.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Günəşli Aynur Cavanşir qızını Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirib.

AzFakt.com xəbər verir ki, bu barədə NOCOMMENT.az– a verilən məlumatda iddia edilib.

İddiaya əsasən, iclasda bu məlumatın gizli saxlanması, mətbuata yayılmaması tapşırılıb.

Qeyd edilib ki, Günəşli Aynur Cavanşir qızı isə Ramiz Mehdiyevin dövründə xüsusi məxfi sənədlərin hazırlanmasında, struktur islahatlarında və işçilərin kütləvi ixtisarında əsas rol oynamışdı.

AMEA prezidentinin bu davranışı, ekspertlər və işçilər tərəfindən Ramiz Mehdiyevə sədaqət nümayişi kimi qiymətləndirilir.

Həmin iclasda akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə Aynur Günəşlinin tezliklə dissertasiya müdafiə etməsi üçün təcili tapşırıq verib.

Nadir Məmmədli isə institutun Dissertasiya Şurasında 100-dən artıq dissertant və doktorantın növbədə gözləməsinə baxmayaraq, Aynur Günəşlini ilk sıraya daxil edib. Bu addım institut işçiləri və növbədə olanlar arasında ciddi narazılıq yaradıb, qalmaqala səbəb olub və dava-dalaşa gətirib çıxarıb.

Qeyd olunur ki, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də Ramiz Mehdiyev tərəfindən təyin olunmuş direktorlar sırasındadır. Eyni zamanda, Ramiz Mehdiyev tərəfindən təyin olunan Abbas Seyidov (Arxeologiya İnstitutu) və Məmməd Əliyev (Elmi Kitabxana) vəzifəsindən azad edilsə də, Nadir Məmmədli hələ də direktorluq vəzifəsində qalır.

Xatırladaq ki, Ramiz Mehdiyev tərəfindən AMEA-ya gətirilmiş və mühüm vəzifələrə təyin olunmuş şəxslər arasında Eldar Əmirov və Seyfəl Həsənov da vardı. Daha sonra Əmirov və Həsənov işdən çıxarılıb, AMEA-nın Aparatı Rəhbəri vəzifəsi ləğv edilib.

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub.

Qeyd edək ki, adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap