“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Aparıcısı Könül Muxtarova paylaşımına şərh yazan şəxsi cərimələtdi - Təfərrüat

Tarix 23.02.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


“TikTok”da televiziya aparıcısı Könül Muxtarovanı təhqir edən kişi inzibati qaydada cəzalandırılıb.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, aparıcının müsahibəsinə rəy yazmaq 50 yaşlı sosial şəbəkə istifadəçisi S.Göyüşova baha başa gəlib.

Belə ki, K.Muxtarova müsahibələrindən birində toyda aparıcılıq etdiyi 6 saata görə qazandığı pulun televiziyadakı aylıq maaşının 3 qatından çox olduğunu deyib. İstifadəçi həmin paylaşıma “Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar daha çox qudururlar”, - rəyini yazıb.

Aparıcının sözlərinə görə, həmin şərh ona və ailə üzvlərinə pis təsir edib, bu səbəbdən polisə şikayət etmək qərarına gəlib. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Barəsində şikayət edilən şəxs isə məhkəmədə geri çəkilib. O, həmin sözlərin qadına aid edilmədiyini, əgər xanım bunu özünə qarşı təhqir hesab edibsə, üzr istəməyə hazır olduğunu deyib. Yekun olaraq isə inzibati xəta haqda şikayətə xitam verilməsini xahiş edib.

Hakim tərəfləri dinlədikdən sonra aparıcının şikayətini əsaslı hesab edib. Qərara əsasən, Göyüşov inzibati xəta törətdiyi üçün 600 manat cərimələnib.



Xəbərin oxunma sayı : 280




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap