Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Google sizin danışıqlarınızı dinləyə bilər: bunu necə söndürmək olar?

Tarix 04.04.26, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


Müasir rəqəmsal köməkçilər artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib – hava proqnozunu öyrənmək və ya xatırlatmalar qurmaq üçün istifadə olunur. Lakin bu rahatlığın qarşılığında çox vaxt məxfilikdən imtina etməli oluruq. Çünki cihazlar sizin birbaşa razılığınız olmadan ətraf səsləri qeydə ala bilər.

Əksər müasir telefonlarda daxili səsli köməkçi – xüsusilə Google Assistant mövcuddur.

Sürətli reaksiya vermək üçün cihaz daim ətraf səsləri “dinləyir” və aktivləşdirici sözləri gözləyir.

Mütəxəssislər bildirir ki, səs yazısı yalnız “kod söz” deyildikdən sonra başlayır. Lakin sistem mükəmməl deyil. Bənzər səslər və ya fon səs-küyü səhv aktivləşməyə səbəb ola bilər.

Bu zaman şəxsi danışıqlarınız qeydə alınıb şirkətin serverlərinə ötürülə bilər.

Bu funksiyanı necə söndürmək olar?

“Ses və audio aktivliyi” funksiyası adətən deaktiv olur. Amma istifadəçilər telefonun ilkin qurulması zamanı şərtləri oxumadan təsadüfən onu aktiv edə bilirlər.

Telefonunuzda bu funksiyanın aktiv olub-olmadığını yoxlamaq üçün:

• “Ayarlar” bölməsini açın

• Google bölməsinə keçin

• “Məlumatlar və məxfilik” hissəsini seçin

• “Tətbiq və veb tarixçəsi” bölməsində “Audio aktivliyi daxil edilsin” seçimini tapın və işarəni götürün

Artıq saxlanılmış səs yazılarını silmək üçün “My Activity” səhifəsindən istifadə edə və ya köməkçini söndürməzdən əvvəl səsli əmrlə silmə funksiyasını işə sala bilərsiniz. (Lent.az)



Xəbərin oxunma sayı : 475




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap