Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Çin şirkətləri ABŞ ordusu barədə “kəşfiyyat məlumatları“ satmağa başlayıblar - “The Washington Post“

Tarix 06.04.26, 9:02

Font ölçüsü : - / +
bitmap-img6


Çin şirkətləri Yaxın Şərqdəki münaqişə fonunda ABŞ ordusunun silahları və hərəkətləri barədə məlumatların satışını təklif etməyə başlayıblar.

Bu barədə "The Washington Post" məlumat yayıb.

Qeyd olunur ki, Çin biznes qurumları açıq mənbələrdən əldə etdikləri məlumatları süni intellekt vasitəsilə emal edərək ABŞ hərbi bazalarındakı texnika, aviadaşıyıcı qrupların hərəkəti və hərbi təyyarələrin zərbələrə hazırlığı barədə detallı məlumatlar təqdim edir.

Çin ordusu ilə əlaqəli olan bəzi şirkətlər süni intellektlə açıq məlumatları birləşdirərək ABŞ qoşunlarının hərəkətini izləməyə imkan verən analizlər hazırlayırlar.

Məsələn, "MizarVision" şirkəti Yaxın Şərqdə ABŞ bazalarındakı aktivliyi, donanmanın hərəkətini və hava hücumundan müdafiə sistemlərinin yerləşməsini izləyir. "Jing`an Technology" isə "B-2A" bombardmançısının pilotlarının rabitəsinə aid olduğu iddia edilən yazını yayımlayıb, lakin sonradan onu silib.

O da bildirilir ki, Çin rəsmi olaraq münaqişədə iştirak etməsə də, ölkə İran neftinin əsas alıcılarından biridir və Hörmüz boğazındakı vəziyyət tədarükə təsir göstərir.



Xəbərin oxunma sayı : 397




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap