Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Artemis II” missiyası uğurla başa çatıb – Astronavtlar Yerə qayıdıblar

Tarix 11.04.26, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı il aprelin 10-da NASA tərəfindən həyata keçirilən “Artemis II” kosmik missiyası uğurla yekunlaşıb.

 “The Guardian” nəşri xəbər verir ki, 4 astronavtın iştirak etdiyi uçuşun sonunda ekipaj Yerə təhlükəsiz şəkildə qayıdıb və bununla bəşəriyyət yarım əsrdən sonra yenidən Ay yaxınlığına uçuş həyata keçirib.

“Orion” kapsulu Sakit okeanda, Kaliforniya sahilləri yaxınlığında uğurla suya eniş edib. Bu mərhələ missiyanın ən kritik hissələrindən biri hesab olunurdu və problemsiz tamamlanıb.

Təxminən 10 gün davam edən missiya ərzində ekipaj 700 min milə yaxın məsafə qət edib. Astronavtlar Yer kürəsindən 252 min mildən çox uzaqlaşaraq rekord göstəriciyə imza atıblar. Bu nəticə “Apollo 13” missiyasının rekordunu geridə qoyaraq tarixdə insanlı ən uzaq kosmik uçuş kimi qeydə alınıb.
Missiyada ABŞ-dən olan Rid Uayzman, Viktor Qlover, Kristina Kox və kanadalı Ceremi Hansen iştirak ediblər. Uçuş yalnız texniki nailiyyətlərlə deyil, həm də simvolik əhəmiyyəti ilə seçilib. Bu, tərkibində qadın, afroamerikalı və qeyri-amerikalı astronavtların birlikdə Ay yaxınlığına göndərildiyi ilk missiya kimi tarixə düşüb.

Qeyd edək ki, “Artemis II” çərçivəsində Ay səthinə eniş nəzərdə tutulmayıb. Missiyanın əsas məqsədi “Orion” kapsulunun və həyat təminatı sistemlərinin real kosmik şəraitdə sınaqdan keçirilməsi olub. Uçuş zamanı bəzi xırda texniki problemlər qeydə alınsa da, NASA onları kritik hesab etməyib və ümumi nəticəni uğurlu qiymətləndirib.

“Artemis” proqramı NASA-nın uzunmüddətli strategiyasının əsas hissəsidir və məqsədi insanların Aya qayıdışını və orada davamlı mövcudluğun təmin edilməsini nəzərdə tutur. Proqramın növbəti mərhələsi olan” Artemis III” isə astronavtların birbaşa Ay səthinə enişini hədəfləyir və bu onilliyin sonlarına planlaşdırılır.



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap