Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

İrana dəyən zərər necə ödəniləcək? - Təkliflər açıqlandı

Tarix 08.04.26, 10:12

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ uranın zənginləşdirilməsi hüququnu qəbul edərsə, İran nüvə silahından imtina edə bilər”.

Bu barədə “Fars” agentliyi xəbər verib.

Bildirilir ki, Vaşinqton İranın uranı zənginləşdirmək hüququnu tanıyacağı halda, Tehran nüvə silahı hazırlamaq niyyətindən geri çəkilməyə hazır olduğunu bəyan edib.

Həmçinin qeyd olunur ki, İran tərəfi zənginləşdirmə səviyyələri ilə bağlı müzakirələr aparmağa da açıqdır.

Təklif edilən razılaşmaya görə, İrana tətbiq olunan bütün sanksiyaların tam şəkildə aradan qaldırılması, ölkəyə vurulan iqtisadi ziyanın kompensasiyası məqsədilə investisiya və maliyyə mexanizmlərinin formalaşdırılması, eləcə də razılaşmanın BMT səviyyəsində rəsmi sənəd kimi təsdiqlənməsi planlaşdırılır.

Bundan əlavə, Hörmüz boğazı ilə bağlı müddəalarda gəmilərin İranın nəzarəti çərçivəsində məhdud keçidinə icazə verilməsi və təhlükəsiz tranzit qaydalarının tətbiqi də nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 1204




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap