“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?” - Video

Tarix 08.05.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin iddia edir ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.

AzFakt.com xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən qəbiristanlıqda qanunsuz aparılan tikinti işləri zamanı dağıntı baş verib və onların yaxınlarına məxsus qəbirlər dağıntının altında qalıb.

Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə baxan yoxdur.

“Burada baş verənlər vandalizmdir. Əvvəllər bu ərazidə dəmir hasar var idi. Onu söküb üçmərtəbəli ev tikdilər. Beləliklə, qəbirlər ağırlığa dözə bilmədi və dağıntıların altında qaldı”, – deyə şikayətçi narazılığını dilə gətirib.

“Bu dinə yaraşan hərəkət deyil. Sən evini tikirsən, öz abadlığını güdürsən, bəs camaatın qəbri ilə nə işin var”, - deyə digər sakin əlavə edib.

Səbail Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirilib ki, cari ilin mart ayının sonu və aprel ayının əvvəllərində yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın bir hissəsində torpaq sürüşməsi qeydə alınıb. Hadisə nəticəsində bəzi qəbir daşlarına ziyan dəyib:

“Məsələ ilə bağlı tərəfimizdən dərhal operativ tədbirlər görülüb. Əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir”.

Daha ətraflı “Baku TV”nin süjetində:







Xəbərin oxunma sayı : 1417




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap