“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Badamdarda qəbirlərin dağıdılaraq yerində tikinti aparılır - VİDEO

Tarix 09.05.26, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Səbail rayonu ərazisində yerləşən Badamdar qəbiristanlığında qəbirlərin məqsədli şəkildə dağıdılaraq yerində tikinti aparıldığı iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə şikayətçi Qalina İmanova deyib.

Qalina İmanovanın atası bu qəbiristanlıqda dəfn olunub. Məzar isə tikinti aparılan yerin altında yerləşir.

“Biz atamızı burada dəfn edəndə ərazinin yaşayış üçün yararlı olmadığını və bu ərazidə heç vaxt evlərin tikintisinə icazə verilməyəcəyini demişdilər. İndi isə yuxarıdan daşlar qəbirlərin üstünə tökülür və qəbirlər məqsədli şəkildə dağıdılır",-deyə Qalina İmanova bildirib.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, onlar qəbirlərə hörmət edir və apardıqları tikintinin burdakı məzarlara heç bir ziyanı yoxdur, əksinə, təmir etməyə çalışırlar ki, sürüşmənin qarşısı alınsın. Çünki burada torpaq sürüşməsi dayanmır. 

Qeyd edək ki, hazırda ərazidə tikinti davam edir, o bir yanda isə torpaqda yaranan iri çatlar təhlükənin mövcudluğundan xəbər verir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə cavab olaraq bildirildi ki, əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində işlər həyata keçirilir.




Xəbərin oxunma sayı : 1594




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap