| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Tarix 06.06.26, 19:43 |
|
Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində mühüm proseslər yaşanmaqdadır. Ermənistandakı seçkilər, İranla ABŞ arasında qarşıdurmanın kəskinləşməsi, Rusiyanın təzyiqləri artırması fonunda "Tramp marşrutu" (TRIPP) ilə bağlı ortaya qoyulan pessimist mövqelər olsa da, reallıq fərqlidir. Əksinə, bölgədə cərəyan edən sürətli geosiyasi proseslər fonunda Zəngəzur dəhlizinə maraq daha da artıb.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Zəngəzur dəhlizi mütləq inşa ediləcək
Azərbaycan da layihənin uğurla həyata keçəcəyindən əmindir. Prezident İlham Əliyev 31-ci Bakı Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bu məsələyə də toxunub:
"Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq".

Şərq-Qərb Dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı qeyd edib:
"Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il - red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək".
Bu əminliyin ciddi əsasları var. Vaşinqtonun da sözügedən dəhlizin reallaşdırılması ilə bağlı ardıcıl addımları bu qənaəti formalaşdırır.
Bu günlərdə Azərbaycan və ABŞ arasında Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri müzakirə edilib. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R.Nəbiyevin ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.

Sülh müqaviləsinin lövbəridir
Zəngəzur dəhlizi məsələsi ABŞ daxilində, xüsusilə Senatda da ciddi maraq oyadıb. Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, TRIPP layihəsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin lövbəridir:
"Biz indi bu işdə çox fəal iştirak edirik. Biz sözün əsl mənasında müqavilə imzaladıq və bu, Amerika şirkətlərinə özəl sektorun maraqlarına, Amerika maraqlarına, eləcə də Azərbaycan, Ermənistan və digər regional ölkələrin maraqlarına investisiya qoymağa imkan verəcək..."
Dinləmələr zamanı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Mərkəzi Asiya ölkələri ilə münasibətlərə qoyulan Cekson-Venik ticarət məhdudiyyətlərini xatırladıb. O bildirib ki, C5 (Mərkəzi Asiya ölkələri) ilə əlaqələrin gücləndirilməsində əsas maneəyə çevrilən bu məsələ Azərbaycanı da narahat edir. Məhdudiyyətlərin aradan qaldırılması ABŞ-nin Mərkəzi Asiya ilə münasibətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək:
"Biz bunun aradan qaldırılmasını istərdik. Düşünürəm ki, bunu gündəmə gətirmək üçün sədr və komitə üzvləri ilə danışmalısınız".

Ermənistan və ABŞ arasında çərçivə sazişi imzalanıb
Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibinin Ermənistana qəfil səfəri və İrəvanda imzalanan sənədlər də Vaşinqtonun TRIPP layihəsinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.
Səfər zamanı TRIPP layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında çərçivə sazişi və iki ölkə arasında mineralların və nadir qazıntıların tədarükünün təmin edilməsi üzrə çərçivə planı imzalanıb. M.Rubio mayın 26-da Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, TRIPP Cənubi Qafqaz regionunda sülh və firavanlığın təmin edilməsinə yönəlib. Bir neçə gün əvvəl isə Ararat Mirzoyan Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişinin imzalandığını açıqlayıb.

Rusiyanın iddialarına cavab
Xatırladaq ki, istər Ermənistandakı revanşistlər, istərsə də Rusiyanın siyasi dairələri Zəngəzur dəhlizi ilə bağlı İrəvanın layihənin reallaşdırılacağı ərazilərdə suverenliyini itirəcəyini iddia edirlər. Bu səbəbdən hər vəchlə Azərbaycan və Ermənistan arasında sülhün əsas şərtlərindən biri sayılan TRIPP layihəsinin həyata keçirilməsini əngəlləməyə çalışırlar. Bu iddialara ABŞ-dən cavab da özünü çox gözlətməyib.
Kapitolidə keçirilən dinləmələr zamanı dövlət katibi M.Rubio bəyan edib ki, Rusiya Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun güclənməsinə mənfi yanaşır:
"Həmçinin qeyd etmək istərdim və mənə elə gəlir ki, bu, açıq mənbələrdən kifayət qədər yaxşı məlumdur. Rusiya region ölkələri ilə qarşılıqlı əlaqələrimizin fəallaşmasından heç də məmnun deyil".
Rubionun sözlərinə görə, Moskva Vaşinqton və İrəvanın artan əməkdaşlığı fonunda Ermənistandakı hazırkı hakimiyyətin seçkilərdə uduzmasını üstün tutardı. O vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyinə qəsd etmək niyyətində deyil və onun xarici siyasət qərarlarına qarışmır:
"Aydın olsun deyə: biz Ermənistanın suverenliyinə qəsd etmək fikrində deyilik. Onlardan digər ölkələrlə dostluq etməmələrini xahiş etmirik. Biz sadəcə onlarla təkcə sülhə əsaslanmayan münasibətlərə malik olmaq istəyirik. Sülh vacibdir, lakin bu, yalnız başlanğıcdır".
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Göründüyü kimi, artıq proses geridönməz mahiyyət daşımaqdadır. Ən azından qarşıdakı iki il ərzində Zəngəzur dəhlizi düyününün tamamilə çözüləcəyini proqnozlaşdırmağa ciddi əsaslar var.
Xəbərin oxunma sayı : 1093
Analiz
Xəbərlər
-
Narkotikin təsiri altında nömrəsiz maşın sürdü - Həbs edildi
-
BMT xəbərdarlıq edir: İstilər pik həddə çatacaq, fevrala qədər davam edəcək
-
Avropa ABŞ texnologiyalarından imtina etmək istəyir: Müdafiə sənayesi həyəcan təbili çalır
-
İşə qəbul müsahibəsi başa çatıb - Namizədlər nə etməlidir?
-
MİQ-in müsahibə mərhələsinin nəticələri - Açıqlandı
-
“Ayaq qoymağa qıymıram ki, şəhid qanı var“ - Şuşada daşlara həkk olunan məsuliyyətsizlik
-
“Sabah“ futbol klubundan inanılmaz QƏRAR - 10 milyon manatlıq layihə gəlir
-
Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər
-
Zaxarovadan gözlənilməz “bəyanat” - Mahnı müəllifi oldu+Video
-
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ
-
Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda (VİDEO)
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Baş nazir olduğum günü lənətlədiyim vaxtlar olub - Paşinyan
-
Nepal təbii fəlakət məngənəsində: 1344 ölü, minlərlə itkin var
-
Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı - Açıqlama
-
İran ABŞ ilə münaqişəni aylarla uzatmağa hazırdır - Məqsəd nədir?
-
Səlim Müslümovun bu evi satışa çıxarıldı - Yarı qiymətə
-
DÇ-dən sonra transferlərə 10 milyard xərcləndi - Tarixi rekord
-
Naxçıvan sakinlərinə şad xəbər - Bu bütün rayonlarda yaradılacaq...
-
“ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər” - Donald Tramp
-
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
-
Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir - Səbinə Əliyeva
-
Pentaqon Venesuela neftini maya dəyərinə alacaq - Sazişin heyrətləndirici detalı
-
Sabiq nazirə cinayət işi açıldı - “Vətənə nadir hallarda gəlir”
-
Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO
-
“Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq artisti“ sonuncu dəfə kimlər olub? - SİYAHI
-
ABŞ İrəvanı Bakı ilə razılığa gəlməyə necə inandıra bilib? - Yeni İDDİA
-
Bu şirkətin milyonluq əmlakları satışa çıxarılır - Müsabiqə yolu ilə
-
Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)
-
Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - Video
-
Aİ-dən Qəzza ilə bağlı qəti̇ mövqe: Fələstinlilərin köçürülməsi rədd edildi
-
Eyni ərazidə oxşar olan evlərin qiymətində kəskin fərq olmasının səbəbi nədir? - VİDEO
-
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
-
Bir imza ilə hər şeyinizi itirə bilərsiniz - XƏBƏRDARLIQ
-
Kamran Əliyev vətəndaşları qəbul etdi - FOTOLAR
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - DOSYE
-
Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti
-
Azərbaycan və Qazaxıstan XİN rəhbərləri telefonla danışıb - Nələr müzakirə olunub?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu - Sonra azadlığa buraxıldı
-
Sabahdan leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Məktəbli çantasında hansı əşyalar olmalıdır? - Artıq əşyaların siyahısı
-
Kommunal xidmətlərə ən çox və ən az pul xərcləyən rayonlar hansılardır? - Tam siyahı
-
Sabiq icra başçısının oğlunun obyekti bağlandı - VİDEO
-
Prezident iki ölkəyə səfir təyin etdi - SƏRƏNCAM
-
Naxçıvanda qalmaqal: Kənd bələdiyyə sədri və kürəkəni vətəndaşı döydü
-
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - Moskvada yerləşir
-
“Dondurma kralı” 8,5 milyonluq biznesini satıb - Rahib olmaq istəyir
-
Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
-
Hava ilə bağlı xəbərdarlıq -Temperatur yüksəlir
-
Sürücülərin nəzərinə:“Şamaxinka“da yol bağlanır
-
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb - Son qiymətlər
-
Axtarışda olan iki nəfər Rusiyada tutuldu - Azərbaycana gətirildi
-
Xəstəni məmnun etməyən həkim az qazanacaq - Yeni sistem
-
Bakıda bu yollarda məhdudiyyət olacaq - XƏBƏRDARLIQ
-
Mənzil seçimində təhlükəsizlik tədbirləri gücləndirilib - MİDA
-
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
-
Sentyabrda kimlərin bəxti gətirəcək? - Bürclər üzrə proqnoz
-
Mehdiyevin böyük sərvəti - 70 milyon, yoxsa 7 milyard...
-
Aİ İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulub - Bessent
-
Gömrükdə “təzə soğan” yükündən 25,5 kq marixuana çıxdı - Video
-
Həyətlərində naməlum obyekt tikildiyini iddia edirlər - VİDEO
-
Aylıq ödəniş etsə də, hesabına 1306 manat borc yazıldı - VİDEO
-
Etirazları dəstəklədi, 12 il həbsə məhkum edildi - Bütün var-dövləti əlindən alındı
-
Bakıda bu yollar bağlanacaq: Sürücülərə xəbərdarlıq
-
AFFA 3 federasiyanı ləğv etdi, yeni rəhbər bilindi - FOTO
-
İlham Əliyev Corcia Melonini təbrik etdi - FOTO
-
Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
-
Xalq artisti çimərlikdən görüntülərini yaydı - FOTO/VİDEO
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Nazirdən ukraynalılara təcili çağırış:Ərzaq ehtiyatı yığın!
-
Bakıda qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var
-
500 min ev sənədləşdirilsə nə baş verəcək? - İqtisadçı açıqladı
-
“Məni təhqir etdilər, alçaltdılar” - Millidəki karyerasını başa vurdu
-
Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş - Atası nələri danışdı?
-
Avtobusların yeni sistemlə sərnişin daşıyacağı “brutto müqavilə“ xətti nədir? - VİDEO
-
Hansı tibbi xidmətlərdən ödənişsiz istifadə etmək olar? - Agentlik açıqladı
-
Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır - MEDİA
-
Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - Qərar VERİLDİ
-
Apteklərdə yoxlamar aparıldı - Nöqsan aşkarlandı
-
“Savadsız adam idi, aldatdılar...“ - Şərurlu İsfəndiyardan AÇIQLAMA
-
Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI
-
Azərbaycana gələn turistlərin sayı və xərcləri azalıb - Rəsmi statistika
-
Xaricdəki pullar Azərbaycana qaytarılır - YENİ QƏRAR
-
Bu il Şuşada hansı ölkədən gələn turistlər qalıb? - SİYAHI
-
Neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı - VİDEO
-
Şagirdlərin yerdəyişməsi bu tarixdə dayındırılır - Vaxt azaldı
-
Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata
-
Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı
-
Sosial Xidmətlər Agentliyində yeni departamentlər yaradıldı - Təyinatlar
-
Ali məktəblərin boş qalan plan yerləri: qəbulun nəticələri açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İş adamları arasında “Gəncə İlməçi“ ilə bağlı qalmaqal - Nə baş verir?
-
Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər - SİYAHI
-
Bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq - Formula 1 yarışlarına görə
-
Moskvadan Bakıya üçüşlar dayandı - Reyslər təxirə salınır
-
Vahid kibertəhlükəsizlik platforması yaradılır - 436 min manata
-
Bayramov Sampietro ilə görüşdü - Nələr müzakirə edilib?
-
Afaq Yusiflinin təhsil haqqı niyə ödənməyib? - AKİ məsələyə aydınlıq gətirdi
-
İşdən çıxarılan direktor avadanlıqları söküb, evə apardı - İDDİA
-
Bakıda lombard biznesindən milyonlar qazanan şəxs kimdir? - Rəqəmlər
-
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
-
Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya
-
Paşinyan Rusiya hərbi bazasından danışdı - “Qalmaq istəsələr..
-
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi - Yeni payçı gəlib
-
MRT və KT müayinələrində qayda: Qiymətin nə qədərini vətəndaş ödəməlidir?
-
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO
-
Şərurlu İsfəndiyarı məhkəməyə vermişdi - 13 il iş verildi
-
Azərbaycandan Ermənistana növbəti ixrac həyata keçirilib - Fotolar
-
Xırdalanda obyektin üzərində əlavə tikinti aparıldı - VİDEO
-
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
-
Şimali Kiprdə 3 Azərbaycan vətəndaşı saxlanılıb - Ailələri danışdı + FOTO
-
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - FOTOLAR
-
“Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək“ - Lavrov
-
Sığortaolunanların sayında ciddi artım - 8 ayda 104 min nəfər
-
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
-
“ASAN Xidmət” Sevinc İbadovadan ofis icarəyə götürüb - 660 min manata
-
Messiyə görə Argentinada bütün oyunlar dayandırılacaq - Xüsusi aksiya
TOP 10
ARXİV






