Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Neftçi“ onu UEFA siyahısına salmır: Gözlənilən transfer Bakıya gələcək

Tarix 17.07.26, 14:37

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq "Neftçi” bu gün UEFA-ya iştirak ərizəsini təqdim edəcək.

Teleqraf-ın əldə etdiyi məlumata görə, siyahıda iki legionerin adı yer almayacaq.

Etibarlı mənbədən daxil olan məlumata əsasən, "Neftçi”yə transferi gözlənilən, İsrailin "Makkabi” klubuna məxsus futbolçu Freddi Varqas iştirak ərizəsinə daxil edilməyəcək.

Məlumat üçün bildirək ki, "ağ-qaralar”la 27 yaşlı venesuelalı vingerin transferi ilə bağlı artıq prinsipial razılıq əldə olunub. İsrail klubu futbolçunun Azərbaycanda çıxış etmək istəyini nəzərə alaraq, transfer üçün ilkin olaraq tələb etdiyi 900 min avroluq məbləğdə müəyyən endirimə razılaşıb.

Lakin Varqas komanda ilə hazırlıq keçmədiyi üçün baş məşqçi Yuri Vernidub onun xidmətindən bu mərhələdə yararlanmağı məqsədəuyğun hesab etməyib. Futbolçunun iyulun 19-u və ya 20-də Bakıya gələcəyi gözlənilir.

Onunla yanaşı, zədəsi davam edən lüksemburqlu hücumçu Alessio Kurçinin də adı iştirak ərizəsində yer almayacaq.

Xatırladaq ki, "Neftçi” iştirak ərizəsini bu gün saat 23:59-dək UEFA-ya təqdim etməlidir.

Paytaxt təmsilçisi "Dinamo” (Minsk) ilə ilk oyununu iyulun 23-də Bakıda keçirəcək.

Cavab görüşü isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən "Beroe” stadionunda baş tutacaq.



Xəbərin oxunma sayı : 412




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap