“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qusar yollarında 10 manatlıq “Biznes Klas“ - 839 min manatlıq tenderin sirli qalibi

Tarix 28.07.26, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı "Biznes Klas” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət Qusar şəhər yollarının əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 839 278,54 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Biznes Klas” MMC 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Quba rayonunun Digah kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Tağıyev Fuad Fəxrəddin oğludur. 

Açıq mənbələrdə "Bakı Klas” MMC haqqında geniş məlumatlar yoxdur. Fuad Tağıyev barəsində də hər hansı məlumata rast gəlinmir. Şirkətin əlaqə telefonları, internet səhifəsi də mövcud deyil. Hər halda ictimaiyyət üçün açıq mənbələrdə və internet resurslarında bununla bağlı məlumatlar mövcud deyil. 

Bu baxımdan şirkətin maddi-texniki bazasının səviyyəsi barədə fikir yürütmək, "Biznes Klas” MMC-nin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək qabiliyyətinə malik olub-olmadını söyləmək mümkün deyil. 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir. Bundan əvvəl isə İqtisadiyyat Nazirliyində müşavir vəzifəsində çalışıb. 

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı Qusarda küçə və yolların təmiri ilə əlaqədar ötən il iki satınalama müsabiqəsi keçirib. Hər iki müsabiqənin qalibi "Ana-Yol” MMC olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 416 682,86 manat təşkil edib. 



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap