“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

697,5 bal toplayan Aysu: “Hədəfim 700 bal idi“

Tarix 28.07.26, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

I ixtisas qrupi üzrə ən yüksək nəticə göstərən - 697.5 bal toplayan 2 nəfərdən biri Qubadlı rayonundakı Əliyar Əliyev adına Qəzyan kənd orta məktəbinin məzunu Aysu Məhərrəmlidir. 

Modern.az saytı Aysu Məhərrəmli ilə həmsöhbət olub və onun qəbul təəssüratlarını öyrənib:

O qeyd edib ki, ilboyu yüksək nəticə göstərəcəyinə inanıb və hədəfi maksimum - 700 bal toplamaq olub.

"İl ərzində nəticələrim yüksək idi. Hətta əvvəlki sınaqlardan etibarən deyirdim ki, 700 bal yığacam. Əslində elə olmadı, amma 697,5 bal da buna çox yaxındır. İmtahandan çıxandan sonra isə kodlaşdırma prosesini çox stresli vəziyyətdə yerinə yetirdiyim üçün cavablar açıqlanana qədər narahat idim. Düşünürdüm ki, bəlkə haradasa səhv etmişəm. Buna görə də nəticəni görəndə həm çox təəccübləndim, həm də çox sevindim”.

Aysu Məhərrəmli ali təhsilini Bakı Ali Neft Məktəbində İnformasiya Təhlükəsizliyi ixtisası üzrə davam etdirmək istədiyini deyib.

"Telefonuma bildiriş gəldi. Həmin vaxt anam da yanımda idi. Bu sevinci ilk olaraq onunla bölüşdüm”.

Hazırlıq prosesindən danışan Aysu Məhərrəmli qeyd edib ki, qəbul imtahanına 10-cu sinifdən etibarən repetitor yanında hazırlaşıb:

"10-cu və 11-ci sinifdə hazırlığa getmişəm. Hazırlıq prosesim iki il ərzində bir qədər fərqli olub. 10-cu sinifdə gün ərzində təxminən 7-8 saat dərs oxuyurdum. 11-ci sinifdə isə bu müddət 6-7 saata endirdim. Çünki artıq proqramın böyük hissəsini mənimsəmişdim və daha çox bildiklərimin üzərinə əlavə edirdim. Hər iki imtahana son bir ay qalmış isə hazırlığımı daha da intensivləşdirmişdim və bəzi günlər 10 saata yaxın çalışırdım”.

687 bal toplayan abituriyent gələcək imtahan iştirakçılarına planlı və intizamlı olmağı da tövsiyə edib:

"Abituriyentlərə ilk növbədə planlı olmağı tövsiyə edərdim. Məncə, plan qurmaq ən vacib məsələlərdən biridir. Plansız şəkildə irəliləmək mümkün deyil. Eyni zamanda motivasiyanın gəlməsini gözləməsinlər. Çünki əsas olan motivasiya deyil, intizamdır. Motivasiya gəlib-keçən hissdir, amma bu yolu sonadək davam etdirməyə kömək edən məhz intizamdır”.



Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap