“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sığorta yığımlarının 84%-i iki şirkətin payına düşüb - Tam siyahı

Tarix 28.07.26, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar–iyun aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 867,4 milyon manat məbləğində sığorta haqqı yığılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqqının ən böyük hissəsi yenə də “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb.

Bu iki şirkət birlikdə 630,8 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların təxminən 72,7%-nə bərabərdir.
Sığorta bazarında növbəti ən böyük pay sahibi “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta” şirkətləri olub. Bu iki şirkət hesabat dövründə birlikdə 95,4 milyon manat sığorta haqqı toplayıb.

Beləliklə, açıqlanan məlumatlardan görünür ki, ümumi sığorta haqlarının təxminən 83,7%-i və ya 726,2 milyon manatı cəmi iki şirkətlər qrupunun – “Paşa” və “Atəşgah” şirkətlərinin payına düşüb.
Ən az sığorta haqqı toplayan şirkət isə “İpək Yolu Sığorta” olub. Şirkət bu ilin yanvar–iyun aylarında cəmi 1,9 milyon manat sığorta haqqı yığa bilib.

Bu ilin yanvar–iyun aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub:
“Paşa Həyat Sığorta” – 421,6 milyon manat;
“Paşa Sığorta” – 209,1 milyon manat;
“Atəşgah Həyat Sığorta” – 60 milyon manat;
“Atəşgah Sığorta” – 35,3 milyon manat;
“Qala Sığorta” – 30,9 milyon manat;
“Meqa Sığorta” – 16,2 milyon manat;
“Aqrar Sığorta” – 16,3 milyon manat;
“Meqa Həyat Sığorta” – 14,8 milyon manat;
“Azərbaycan Sənaye Sığorta” – 14,7 milyon manat;
“Qala Həyat Sığorta” – 13,6 milyon manat;
“Xalq Sığorta” – 13,6 milyon manat;
“A-Qroup Sığorta” – 9 milyon manat;
“Xalq Həyat Sığorta” – 6,4 milyon manat;
“AzSığorta” – 3,7 milyon manat;
“İpək Yolu Sığorta” – 1,9 milyon manat.



Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap